adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Aqil ABBAS: MƏHƏMMƏD FÜZULİDƏN KÜSMÜŞƏM

AQİL ABBAS
50316 | 2019-01-30 10:36

Oqədər də məşhur olmayan bir müğənni aləmi qatıbbir-birinə, sosial şəbəkələr də partlayır. Həftənin qəhrəmanıdı, yəqin bu hadisədənsonra toy qiymətləri də qalxar. Deməli, Nəsiminin bir qəzəlini hind musiqisi üstündəoxuyub. Sonra da deyib ki, Nəsiminigecə yuxusunda görüb ona görə bu mahnını oxuyub. Çox güldüm.

Kənddəbizim bir qohum vardı, atasıyla anasının uyuduğu qəbirlərlə evinin arası heçyüz addım olmazdı. Qardaş-bacıları da Bakıda yaşayırdı. Demək olar ki, hər həftəbir qardaşı, ya bacısı ailəliklə Bakıdantökülüb gəlirdilər kəndə, bəs, ötəngecə nənəmlə-dədəmi yuxuda görmüşük. Yarım saatlıq bir qəbiristanlıq ziyarətindən sonra iki-üç gündə qalırlar, yemək-içmək. Qohum da ya bir qoyun kəsməlidi, ya da iki-üç hinduşka. Onu dadeyim ki, buna imkanı çatırdı.


Birgün dözməyib deyir:

-Ay qardaşlar, ay bacılar, nənəmlə-dədəmin qəbirləri bizim evin yüz addımlığındadı.Nə təhər olur ki, bu on beş ildə bu bədbəxtlərbu yüz addımlıq yolu keçib burdan-bura bircə dəfə mənim yuxumagirmirlər, amma basa-basa durub gedirlərBakıya, sizin yuxunuza girirlər?!

İndiNəsiminin durub Hələbdən Bakıya gəlib onun yaradıcılığından bixəbər bir qızın yuxusuna gəlməsi məni inandırmadı. O yuxusunda yalnız Rasim Balayevi görə bilər.Rasim Balayev də çörəyi qırıq-qırıqedib and içdi ki, mən o xanımın yuxusunagirməmişəm. Ümumiyyətlə, heç onu tanımıram, həm də bir az naxoşam. Belə vaxtımdadurub onun-bunun yuxularını gəzməyə halım nə gəzir?

İndinideyə bilmərəm, amma bir vaxtlar Rasim Balayev hər gecə az qala yüz-iki yüz qızın yuxusuna girərdi.


Mənözüm Məhəmməd Füzulinin kəndçisiyəm və Füzuliniəzbər bilirəm. Və doğulduğum Bayat kəndində də şairin adına layiq gözəl bir kitabxanatikdirmişəm, önündə də möhtəşəm bir abidəsini qoydurmuşam. Yaşım Füzulinin yaşını xeyli ötüb,amma eloğlum bircə dəfə də olsun gəlib yuxumagirməyib. Füzulidən küsmüşəm. Nə təhər olur, ay şair, bir kənddən ola-ola sənisevən bir adamın yuxusuna gəlib girmirsən, amma Nəsimi ordan durub gəlib onu tanımayan bir qızcığazınyuxusuna girir? Özü də Bağdad Bakıya Hələbdənmin kilometr yaxındı.

Nəsimi onun yuxusunagəlsə də, gəlməsə də əsas odur ki, xanım tutuzdurdu ey, bir anın içində məşhurlaşdı,yuxarıda qeyd etdiyim kimi, toylarının sayını da, qiymətini də artırdı.


TƏQVİM / ARXİV