adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2019 14:29
13290
DÜNYA
A- A+

QIZILLARINI İNGİLTƏRƏDƏ NİYƏ SAXLAYIRSAN Kİ?

Venesuelada nə it yiyəsini tanıyır, nə də yiyəsi itini. Xalq iki yerə bölünüb, bir-birini qırır. Yarısının dalında ABŞ durub, yarısının dalında da Rusiya. ABŞ-ın sözü daha keçərlidi.

İngiltərə ABŞ-ın tapşırığı ilə Maduronun acığına banklarında olan Venesuelanın 8 milyard dollarlıq qızılına əl qoyub. Axı, sənin qızılların İngiltərənin banklarında nə gəzir ki?

Dəfələrlə yazmışam və yenə yazıram, elə özümüzünkülərə də aiddi, var-dövlətinizi itə etibar etməyin, dosta etibar edin.

İtə etibar etsəniz, Zamirə Hacıyevanın taleyi bir gün sizi də gözləyə bilər.