adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Yanvar 2019 12:52
16619
KRİMİNAL
A- A+

Xızı və Şabranda narkotik satanlar tutuldu

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə,daxil olmuş məlumat əsasında Xızı Rayon Polis polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinənAltıağac qəsəbə sakini 30 yaşlı Rəşad Bağırov saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən onun üzərinə keçirilən şəxsi baxış zamanı ondan ümumi çəkisi 445 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirib.

Həmçinin Şabran RPŞ-nin əməkdaşları tərəfindən bu istiqamətdə uğurlu əməliyyat-axtarış tədbirlər həyata keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər 48 yaşlı Cavid Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı 20 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktlarla bağlı Rayon Polis Şöbələrində araşdırmalar aparılır.