adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
28 Yanvar 2019 11:37
13781
İDMAN
A- A+

Nazirlik idmançının ölüm səbəbini açıqladı - RƏSMİ

Səhiyyə Nazirliyi döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədovun qripdən dünyasını dəyişməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, idmançı yanvarın 24-də Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib:

"Aparılan bütün reanimasion tədbirlərə baxmayaraq, Xamis Məmmədov ayın 26-da dünyasını dəyişib”.

Nazirlikdən qeyd edilib ki, Xamis Məmmədovun yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər:

"Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub”.