adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
28 Yanvar 2019 10:12
11596
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: YARIMÇIQ YUXU

Bir inam var içimdə -
eşitməsə üçümdə ,
deməsə də heç kim də -
o . duyub ağlayacaq...

Üzdə dad etməyəcək
özündən getməyəcək ...
xatirəm bitməyəcək -
odduyub . ağlayacaq...

Ruhuna köçürəcək...
ruhu da keçinəcək!..
özündə keçirəcək -
od , yuyub ... ağlayacaq !

Kirpiklər duzlayacaq...
gogaqlar buzlayacaq...
bir sevgi qız qalacaq! -
o , doyub . ağlayacaq...