adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Yanvar 2019 15:45
4683
GÜNDƏM
A- A+

Bu dövlət əmlaklarının özəlləşdirilməsi qadağan edilir - SİYAHI

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Modern.az-ınməlumatına görə, qanun layihəsinin 6-cı maddəsinə (Dövlət əmlakının təsnifatı) dəyişiklik təklif edilir.

Qanunun hazırkı maddəsində Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlakın özəlləşdirilməsi qadağandır.

Dəyişikliyə görə isə ,Azərbaycan Silahlı qüvvələrinin hərbi əmlakı, gömrük orqanlarının operativ istifadəsində olan əmlakının özəlləşdirilməsi qadağan edilir.

"Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik "Sərhəd qoşunları haqqında” qanunun 2018-ci il 12 iyun tarixli tətbiqi ilə əlaqədardır.

Sənəd Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk iclasında müzakirə ediləcək.