adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Yanvar 2019 13:14
12117
KRİMİNAL
A- A+

Goranboyda qardaşını qətlə yetirən 14 yaşlı oğlan saxlanıldı

Goranboy rayonunda qardaşını qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Goranboy rayon Prokurorluğundan məlumat verilib.

Məlumatda bildirilir ki, yanvarın 25-də axşam saat 23 radələrində Goranboy rayonunun Xanqərvənd kənd sakini, 2004-cü il təvəllüdlü Xəlil Məmmədov yaşadıqları evdə qardaşı, 2002-ci il təvəllüdlü İsmayıl Məmmədovla aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahişə edib.

Mübahisə nəticəsində X. Məmmədov İ.Məmmədova döş qəfəsindən bıçaqla xəsarət yetirib.

İ.Məmmədov aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib və istintaq hərəkətləri davam etdirilir.

Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində X.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.