adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Yanvar 2019 12:51
13605
DÜNYA
A- A+

Türkiyə ordusu 43 terrorçunu zərərsizləşdirdi

Türkiyənin Silahlı Qüvvələri yanvarın 18-dən 25-dək ölkə ərazisində və onun sərhədlərindən kənarda 43 terrorçunu zərərsizləşdirib. "Anadolu" agentliyi xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, zərərsizləşdirilənlər arasında silahlıların bir rəhbəri də var.

PKK terrorçularına qarşı əməliyyat Diyarbəkir, Şırnak, Muş, Bitlis, Mardin vilayətlərində, həmçinin İraqın şimalında aparılıb. Əməliyyatlar zamanı terrorçuların 38 atəş nöqtəsi, sığınacağı, silah anbarı məhv edilib. Terrorçulardan 8 tüfəng, 8 əl qumbarası, 23 əldəqayırma partlayıcı qurğuvə digər sursatlar müsadirə edilib.