adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

60-dan o yana Dayandur

VAQİF YUSİFLİ
20264 | 2019-01-25 22:49
Dayandur Sevginin 60 yaşı tamam olur. 60-il öncə, soyuq bir fevral günündə ünyaya gələn Dayandur - bu xasiyyətcə ünsiyyətcil, hər kəslə dil tapmağı bacaran, rəftarında, münasibətlərində hərarəti üz-gözündən oxunan dostumuz indi tanınmış şairdir. Ömrünü sözə poüziyaya təslim edən bu hündürboylu şairin şeirləei də ucalığa can atır.Və Dayandur xasiyyətcə, xaraktercə bir kimsəyə bənzəmədiyi kimi şeirləri də özünə məxsusdu.
60 yaşı ərəfəsində Dayandurun "İkinci addım" şeirlər kitabı çapdan çıxıb və mən istəyirəm Dayandur və onun şeirləri barədə söhbətə də elə o kitabdan başlayım. D.Sevginə əsl milli şairimiz demək olar. İlk növbədə, onun şeirləri doğma ana dilimizin ahəngini özündə əks etdirir. Dayandur "dədə-baba" üsuluyla - heca vəznində, özü də hamının başa düşəcəyi, anlayacağı doğma vəzndə şeir yazır. İkincisi, poeziya üçün ən vacib sayılan bir şərtə - fikirlə hissin vəhdətinə nail olur. Təbii ki, təzə fikirə ümumiyyətlə, məzmun ideya özünü bədii formada da əks etdirməlidir. Dayandur bu mənada şeirin bu iki qovşağını - ürəklə beyini, fikirlə hissi heş bir vaxt bir-birindən təcrid etmir.
Mənə ən çox Dayandurun "Azərbaycan bayrağı" şeiri xoş gəldi. Müasir poeziyada Ramiz Qusarçaylının eyni adda gözəl bir şeirləri var. D.Sevginin şeirlərinə eyni fikri söyləyə bilərəm. Bu şeirdə Azərbaycan bayrağının obrazı tariximizlə, müstəqilliyimizlə, türkçülüyümüzlə Azərbaycançılığımıza bağlıdır:

AZƏRBAYCAN
BAYRAĞI

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

D.Sevginin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi bir şeiri də var və bu şeir 2003-cü ildə Heydər Əliyevin vəfatı ilə bağlı keçirilən şeir müsabiqəsinin qalibi olub. Ulu Öndərə, onun şəxsiyyətinə nadir istedadına həsr olunan şeirlər içərisində bu şeir də özünəməxsusluğu ilə seçilir:

MILLƏTIN XILASKARI

Şeir 2003-cü ildə ulu öndər Heydər Əliyevin vəfatı ilə bağh keçirilən şeir miisabiqəsinin qalibi olub.

Ölüm hey axtarıb yaxşım arar,
Fürsəti düşdümü deyər dəmidir.
İldırım birinci zirvəni vurar,
Dahi adamlar da zirvə kimidir.

Gedir çiynində öz millətinin,
Gedir son mənzilə, əbədiyyətə.
Gedir dahi öndər Heydər Əliyev,
O, nələr vermədi bu məmləkətə.

Yaşadı, yaratdı saf diləklərlə,
Oldu öz xalqınm arxa-dayağı.
Qəbrinə səpilən gül-çiçəklərlə,
Bir boy da ucaldı Vətən torpağı.

D.Sevgin bu günün şairidir. Bu günün şairi olmaq heç də o demək deyil ki, yaşadığımız bu günlərin hadisələrinin qələmə alasan. Bu günün şeirində tarix də, keçilən yollar da, sənət dünyasının korifeyləri - onların ölməyən sənəti, yaxın keçmişimiz də (müstəqillik uğrunda mübarizə 20 yanvar, Xocalı qırğınalrı, şəhidlərimiz və s.) əks oluna bilər, yəni o keçmişlə bu gün eyni zaman müstəvisində öz bədii həllini tapmalıdır.
Məncə "Sərhədçi əsgər", "Sərhədçi qardaşım", "Salam, şəhidliyə ucalan əsgər" şeirləri üçün tarix yoxdur, bunlar həm dünənin, həm də bu günün şeirləridir.
Dayandur, öncə qeyd etdiyi kimi fikir şairidir. Həmişə də çalışır ki hər hansı şeirində söylədiyi fikir təzə olsun. Məsələn, "İkinci addım" şeirində olduğu kimi:

İKİNCİ ADDIM

Bəxti gətirməyib, fələk əyənin,
Üzündə minillik ağrı-acı var.
Birinci addımda səhv eləyənin,
İkinci addıma ehtiyacı var.

Birinci atılan ilk addım ki var,
Hədəfə birinci tuşlanan oxdur.
Birinci addımda büdrəmək olar,
Hətta yıxılmaq da qorxusu yoxdur.

Yaxıb könlümüzü kül elədilər,
İkincı addımın nə idi adı.
Birinci addımda güllələdilər,
Mikayıl Müşfiqi, Əhməd Cavadı.

Ayaq da ağrısın, diz də tutaq ki,
Heç zaman ağrıyan ürək olmasın.
Birinci addımı elə ataq ki,
Ikincı addıma gərək olmasın.

Dayandur XX əsrin son rübündə ədəbiyyata gəlib. Onun şeirlərində moderin ədəbiyyatın heç bir cərəyanının izini görməzsən.
Amma şeirimizion ənənələrinə bağlı olan bu şair "köhnə havalarda" təzə notlar səsləndirməyi bacarır. Onun qoşmalarında müasir qoşma mədəniyyətinin səliqə səhmanını, fikir bitkinliyini, forma gözəlliyini izləyə bilərik. Məsələn, "Düşür" qoşması Dayandurun ən gözəl şeirlərindən biridir:

DÜŞÜR

"Yadından çıxmışam ana vətənin
Gərək barmağma sap bağlayaydım"
Məmməd İsmayıl
Vətənin acısm biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır bizə,
Kimə Araz düşür, kimə Kür düşür.

Nə deyim bu qanlı fələyə Dədə,
Yol açır hər dürlü kələyə Dədə,
Dovşana qurulan tələyə Dədə,
Möcüzə olanda, gəlib şir düşür.

Ədabt istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.

Yaxud, "Əlağacı" şeirinin götürək. Bu şeir də Dayandurun adı mövzulara poetik məna aşılamaq bacarığını sübut edir:

ƏL AĞACI

Qorxağın əlində darıxar, bezər,
Mərdlə hər ağrıya, acıya dözər,
Kişinin çiynində bayrağa bənzər,
Nakişi başında dar ağacıdı.

Barını gəzirik hey budaq-budaq,
Demirik bir yol da qolundan tutaq,
Pulluya sandıqdı, tüfəngə qundaq,
Qeyrət ağacıdı, ar ağacıdı.

Dayandurun "Sevgi dünyası" silsiləsindən olan şeirləri də təbiidir. ən əsası odur ki, bu şeirlərdə Dayandur yaşadığı hissləri qələmə alır.
Sevgidən yazılan şeirlərdə yalan danışmaq olmaz. Dayandur deyir ki: "Yuxuna gələcək ruhum gecələr, Məni sevəcəksən öləndən sonra". Bu iki misra zahirən hjeç nə demir, amma şairin bütöv - son misrasına qədər oxuyandan sonra bir sevginin baş tutmayan tarixini vərəqləmiş olursan. Amma sonra bir "Qayıdacaqsan" şeiri gəlir - ümüd, təsəlli şeiri:

QAYIDACAQSAN

Coşqun dağ çayı tək çağlaya bilsən,
Səsinlə dünyanı dağlaya bilsən,
Ürəkdən ah çəkib ağlaya bilsən,
Gözündə su yansa qayıdacaqsan.

Eşqdə Kərəm olmaq mümkünmü? Kərəm eşqi sonu yanmaqla bitir və bu yanğı bizdən neçə əsrdir ki, təəssüf doğurur, Qara keşişə lənət oxuyuruq. Amma Dayandur deyir ki:

MƏN KƏRƏM OLMASAM..

Çal aşıq, sazından qala boylanır,
Çal özün atəşə bələsin Kərəm.
Ərzuruma gedən yola boylanır,
Deyəsən itirib Lələsin Kərəm.

Tellərin qıvrılsın günəş üzündə,
Gözəllik önündə naşı deyiləm,
Əsli sevgisini sən tap özündə,
Mən Kərəm olmasam kişi deyiləm.

Bu yazının sonunda Dayandur Sevgini - 60 yaşlı, amma gənc ürəkli şairi ürəkdən təbrik edirəm. Ona yalnız və yalnız can sağlığı, daha gözəl şeirlər yazmağı və nikbinlik arzulayıram! Altmışdan o yana gözəl günlər, aylar, illər...


TƏQVİM / ARXİV