hacklink Adalet.az | Jurnalist yoxsa... Adalet.az | Jurnalist yoxsa... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Jurnalist yoxsa...

53910    |   2019-01-25 21:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə-belə işlər

"Müxbir" adlanan bir vəzifə var. Adətən bu yazı-pozu işlərində çalışanlara deyilir.
Xüsusi xidmət servislərinin də müxbirləri ola bilər. Onlar bir növ kəşfiyyatçı, agent fəaliyyəti ilə məşğuldurlar. Məsələn, Daxili İşlər Nazirliklərinin müxbirləri olub, yəqin ki, indi də var. Bu müxbirlər hansısa hadisə, adam, iş və s. barədə məlumat verirlər. Və bu müxbirlər nə çekist, nə polis, nə də başqa bir adla fəaliyyət göstərirlər. Onlar sadəcə olaraq xəbərçilərdir.
Jurnalistika da belədir. Hər kəs müxbir ola bilər, amma bu o demək deyil ki, jurnalistdir. Məsələn, bir nazirliyin mətbuat xidmətinin rəhbəri, ixtisasca baytar, hüquqşünas, coğrafiyaşünas... olur. Amma ona jurnalist demək olmaz.
Qısası - şou-biznesdə çalıb-oxuyanların şalvarından, ayaqqabısından, sırğasından, donundan, ağzından, burnundan yazanlar müxbirlərdir. Kimisi aqronom, kimisi artist, kimisi tarçalan, pianoçu... olur. Amma bu, onların jurnalist olmasına əsas vermir. Yəni hər yazan, hər danışan jurnalist deyil.
Bu adı, bu peşəni hər yetənə peşkəş etməyin.
Və bir az da o "jurnalist" deyilən müxbirlərdən...
Ona həsəd aparanlar var. Çünki ekranlarda görünür, məclislərə, toplantılara dəvət alır, mükafatları, fəxri adı. Daha nəyi çatışmır ki? Jurnalist üçün hər nə icad olunubsa, hamısı onun adında və ləqəbində məskən salıb.
Düzdür, ixtisasca jurnalist deyil. O da artistliyi oxuyub. Amma nə fərqi var? Jurnalistə "xalq artisti", artistə "əməkdar jurnalist" adı verilirsə, belə şeylərin əhəmiyyəti yoxdur. İllah da "şou-biznes" bataqlığında güllər dərə bilən, maşın alan, villa sahibi olan, pula pul deməyən... əslində "yazanşa", amma "jurnalist" deyilənlər bu gün dəbdədir.
Və bu yazanşalar sənə gülür, kolleqa. Sən sənayedən, kənd təsərrüfatından, siyasətdən, tarixdən, gündəlik baş verən hadisələrdən... yazanda gülür sənə. Elə onlara heyran olanlar da deyirlər ki, bax, jurnalist belə olar eee...
Yazanşalar dəbdədir, kolleqa. Nə yazırlar? Yazırlar ki, Namiq Qaraçuxurlu canını güc-bəla ilə Aygün Kazımovadan qurtarıb. Hə! Belə yazırlar. Sonra da yazırlar ki, Səidə Sultanın o günkü rəqsi mediada bomba kimi partlayıb. Daha bir bombanı Elza Seyidcahan partladıb:
Dum-dumlar, gum-gumlar,
zum-zumlar
partladılar uçdular
yox oldular
gup-guplar.
İndi isə deyirlər
zıp-zıplar
mat qalmışam mat
yamanca zat qalmışam zat.

Və bu bombanın təsirindən yazanşalar da bəhrələnib. Ağlayanı kim, ağnayanı kim, zarıyanı kim. Yazdıqca yazdılar. Sonra keçdilər əsas məsələyə.
- Elza Seyidcahanın taykeş ayaqqabı geyinməsinin dərin mənası var. O ayaqları ilə demək istəyir ki, gəlin bir olaq, bir rəngdə olaq.
Yazanşalardan biri o gün xəbər yaydı:
- Filan müğənni xanımla, bəhmən müğənni xanım əslində bir kişinin üstündə düşmən olublar. Yəni varlı-hallı, imkanlı bir daydayın.
Başqa biriləri:
- Niyam deyib ki, Zəki Mure, Hülya Afşar, hətta o Yılmaz Morgül əsgəri xidmətdə olub.
- Filan müğənni xanım əslində iki kişi ilə gəzir.
- Filankəs ərdə-zadda deyil. O uşağı da bir restoran müdirindən qazanıb.
- Aşıq Telli hamının ajığına deyib ki, bu millətin dilini ləhcələşdirməmiş sazı yerə qoymaram.
- Əyyub Yaqubovun ayaqqabısının sol tayında palçıq vardı. Yəqin fürsət tapanda bənna işləyir.
- Faiq Ağayev ona görə evlənmir ki, şou-biznes balaca-balaca xalq artistləri ilə dolar.
Və sairə və ilaxır, kolleqa!
Bax, bunlara jurnalist deyirlər. Bir dəfə soruşmurlar ki, hansınızın musiqidən anlayışı var? Niyə bir qayda olaraq OXUNANI yox, OXUYANI vəsf edirsiniz? Musiqi janrlarından başınız çıxırmı? Hansı bəstəkarları tanıyırsınız? Hansı muğamdan xəbəriniz var?
Oxuyanların şalvarından, maykasından, kalqotqasından, corabından, gecəköynəyindən... yazırsınız, bəs oxuduğu mahnıdan niyə yaza bilmirsiniz?
Çünki siz jurnalist deyilsiniz, yazanşasınız. Hə, adınız olacaq, mükafatlarınız da. TV-lərdə düzülüb, şou-biznes camaatının əməlindən, geyimindən, işdəklərindən, maşınından, məşuqundan... bəhs edəcəksiniz. Və... sizə jurnalist deyəcəklər.
Amma çoxları bilməyəcək və bilmir ki, siz jurnalist deyilsiniz, sadəcə yazansansınız.
Elza xanım sizə həsr eləyib bu şeiri:
- Dum-dumlar, gum-gumlar, zum-zumlar, zıp-zıplar...



YAZARIN ARXİVİ

2018-02-17 : Şeytan
2018-01-25 : Pəhləvanlar
2016-08-20 : "CENTLMENLƏR"
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK