adalet.az header logo
  • Bakı 20°C
27 Yanvar 2019 11:55
16864
DÜNYA
A- A+

AĞILLI FİKİRLƏŞƏNƏDƏK DƏLİ VURUB ÇAYI KEÇİR

Dövlət çevrilişi, inqilab, yoxsa Vətəndaş müharibəsi? ABŞ hazırda Venesueladahəyata keçirəcəyi bu ssenarilərin üzərində ciddi hazırlıq işləriaparır. Ən təhlükəsi isə ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi ola bilər.

Hazırda Venesuealada əgər belə demək mümkündürsə, ikihakimiyyətlilik hökm sürür. Ölkə vətəndaşlarının yarısıhazırkiprezidentMaduronun, yarısı isə özünü müvəqqətiprezidentelan etmiş Quaydonun tərəfindədi. Ölkə əhalisinin hamısı küçələrdədi. Venesuela Vətəndaş müharibəsi ərəfəsindədi.

Bu ölkədə ciddi maraqları olan Birləşmiş Ştatlarözünü müvəqqəti prezident elan etmiş parlamentin vəzifədənkənarlaşdırılmış keçmişsədri Quaydonu prezident kimi tanıdığını elan edib. Amerika qitəsinin Uruqavay, Meksika və Kuba istisna olmaqla qalanölkələri Amerikanı dəstəkləyir.Avropanın bir neçə dövləti də müvəqqəti prezidenti tanıdağınıbəyan edib. Lakin hələkiküçələrdə özünü prezident elan edən Quaydonun nə ordu, nə də ki digər dövlətqurumları üzərindəhakimiyyəti yoxdur. Prezident Maduroisə ölkə prezidenti kimihəm orduya, həm də bütündövlət qurumlarına hələ ki rəhbərliyinidavam etdirir. Küçələrdə isə nümayişlərdavam etməkdədir.

Rusiya, Çin, Türkiyə, Meksika, Kuba kimi dövlətlər Maduronu Venesuelanın qanuniseçilmiş prezidenti kimi tanıyır. Lakin bu dövlətlərdə Rusiya ıvə Çinin Maduroyakömək etmək imkanları var.Türkiyə, Meksika, kuba isə yalnız mənəvidəstək göstərmək imkanlarınamalikdi.


Rusiyanın Venesuealadahəm də maddi maraqları var. Dünyanın ənböyük neftyataqlarına malik olan bu dövlətinRusiyanındövlət şirkətləritərəfindən 17 milyard dollar sərmayə qoyduğu bildirilir. Ona görə də Venesuealada ABŞ-ın maraqlarınaxidmət edəcək hər hansı birhakimiyyətinolmasının əleyhinədi.

Rusiya Dövlət Dumasının deputatı Vladimir Jirinovski təklif edir ki, Rusiya təcili olaraqVenesuelaya hərbi yardım göstərməlidi. «Rusiyaöz hərbi gəmilərini, dünya okeanlarında olan atomsualtı hərbi qayıqlarını və uzun məsafələrə uçuşlar keçirmək qabiliyyətinə malik TU-122 bombardmançı təyyarələrini bu ölkəyə göndərməklə öz gücünü bütündünyayagöstərməlidi. Əgər onlarla qırıcı təyyarə Venesuela səmalarında manevrlər edərlərsə, heç bir dövlət bu ölkəyə müdaxilə etməyə cürət edə bilməz. Biz bütündünyaya göstərməliyik ki, RusiyatəkcəSuriyada deyil, dünyanın istənilənnöqtəsində öz diqtəsini həyatakeçirmək gücündədi.

LDP-nin anbioz lideri Ermənistandan sonra daha birdövlətdə ABŞ-ınöz ssenarisinihəyatakeçirməsinə imkan verməməyə çağırıb. «Tramp artıq belə bir ssenarini Ermənistanda həyatakeçirməyə müvəffəq olub. Orda da bir saqqalı küçələrdə özünü lider elan edərək sonda ABŞ-ındəstəyi ilə baş nazir ola bilib. İndi Venesuealada da birinin küçədə özünüprezident elan etməklə hakimiyyətə gəlməsinə imkan vermək olmaz».

Lakin partiya liderinin bu təklifini həyata keçirmək Rusiya üçün asan məsələ deyil.Əvvəla, Rusiyanın hazırkiiqtisadi durumu Venesuealaya istər hərbi, istərsə də maddi yardım etmək iqtidarında deyil. ABŞ başda olmaqlaAvropanın aparıcı dövlətləritərəfindən ciddisanksiyalara məruz qalan bir dövlətin belə biryükün altına girəcəyi inandırıcı görünmür.

«Spravedlivaya Rossiya» partiyasınınkatibi Aleksandr Romanoviç də RusiyanınVenesuealayahərbi yardımgöstərməsinin vacibliyini vurğulayır: «Vaxtilə belə birtəcrübə Kubada həyatakeçirilib və uğur qazanıb. Bunu yenə dəsınaqdan keçirə bilərik».

İsrailin xüsusixidmətininkeçmiş rəhbəri Yakob Kedmi isə bildirib ki, nə ABŞ-ı, nə də Avropanın aparıcı dövlətlərini Venesuela xalqının taleyiqətiyyən maraqlandırmır. «Onlar bu xalqa tüpürmək belə istəmirlər. Onları yalnız dünyada ən böyük neftyataqlarına malik olan Venesuela və bir də bu neft yataqlarının istismarına yetərincə sərmayə qoyan Rusiyanın bu ölkədən sıxışdırılıb çıxarılması maraqlandırır. Bu gün dünyada qumar oynanılır. Və Amerika bu oyunuyaxşı oynayır. Onlarınəllərindəki kartlar güclüdür. Rusiyanın bu qumarda qalib gəlməsi mümkündürmü? Yox, mümkün deyil. Rusiyanınhazırkiiqtisadi vəziyyəti buna imkan vermir».

Həqiqətən də aparılan analizlərənəzər saldıqda Venesuelanın çox acınacaqlı və çıxılmaz vəziyyəti müşahidə olunmaqdadı.ABŞ Suriyada istəklərini tamhəyatakeçirə bilmədi. Ona görə ki, Ermənistanda olduğu kimi, küçədən biradamtapı bonu liderə çevirəbilmədi. Venesuelada isə Quaydonunsimasında belə bir «lider» tapıb, kütləni onunarxasınca aparmağı bacardı. İndi qalır istəyin hansı formada həyatakeçiriləcəyi ssenarilərdən birininüzərində işləmək. Nail ola biləcəklərmi? Çox gümanki, nail olacaqlar. İmkanları çoxdu. Dövlət çevrilişi, inqilab və yaxud Vətəndaş müharibəsiyolu ilə. Fərqiyoxdur , Tramp üçün əsas nəticədi.

Rüstəm HACIYEV