AY QARDAŞLAR, GÜRCÜSTANIN AXALKALAKİDƏ SÖZÜ KEÇMİR
Axalkalakinin bir kəndində Xocalı soyqırımının fəal iştirakçılarından olan bir zabitə abidə ucaldılıb və təntənəli açılışı olub. Açılışda da Gürcüstan parlamentinin deputatları, yüksək vəzifəli dövlət məmurları, Axalkalakinin dövlət məmurları və sair və ilaxır iştirak edib. Bu da təbii ki, bizləri əsəbləşdirməyə bilməz. Həm bizlər, həm də Gürcüstandakı soydaşlarımız neçə gündür ki, öz etiraz səslərini yüksəldirlər.
Bununla əlaqədar Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyimizə çağrılıb və sair və ilaxır.
Ay qardaşlar, abidənin açılışında iştirak edən deputatlar və yüksək səviyyəli dövlət məmurlarının soyadlarına baxsanız hamısı ermənidi. Eləcə də, Axalkalaki bölgəsində icra başçılarından tutmuş bələdiyyələr, polis rəisləri, prokurorlar yenə hamısı ermənilərdi. Gürcülər Borçalıda, xüsusilə Qaradabanidə azərbaycanlılara necə münasibət bəsləyirlərsə, o bölgədə də ermənilər gürcülərə elə münasibət bəsləyir. Və bildiyiniz kimi neçə ildi həmin bölgə Gürcüstandan ayrılıb Ermənistana birləşmək üçün mübarizə aparır.
Kəsəsi, Gürcüstan hökumətinin həmin bölgədə sözü keçmir.
Ona yalnız bir cavab var, Gürcüstandakı soydaşlarımız da Qaradabaninin düz ortasında Allahverdi Bağırovun, ya Mübariz İbrahimovun, ya Raquf Orucovun abidəsini ucaltsınlar. Maddi cəhətdən bizlər də dəstək verməyə hazırıq.