adalet.az header logo
  • Bakı 20°C
27 Yanvar 2019 12:48
17361
DÜNYA
A- A+

MOSKVADAKI MƏSCİDİ SAXLAMAQ BİR SU İÇİMİDİ

Neçə vaxtdı mətbuatda oxuyuruq ki, Moskvada azərbaycanlıların bir məscidi sahibi tərəfindən bağlanıb. Səbəb də odur ki, məscid kirayə pulunu ödəyə bilmir. Buna da həm ölkəmizdə, həm də Moskvada soydaşlarımız böyük təpgi göstəriblər. Sosial şəbəkələrdə azərbaycanlıları məscidin önünə etiraz nümayişinə çağırırlar. Və oxudum ki, minlərlə adam bu etiraz nümayişinə dəstək verib.

İsveçrədə belə bir qanun var. Bu ölkənin hər bir vətəndaşı hər ay öz maaşından kilsəyə müəyyən qədər pul ödəməlidirlər. Buna əməl etməyənlərin nəşi kilsədən götürülmür və dəfn mərasimində də keşiş iştirak etmir. Yəni br növ urvatsız olur.

Moskvada təxminən bir milyon azərbaycanlı yaşayır. Onu qoydum kənara, o etiraz aksiyasına dəstək verən minlərlə adam hərəsi ayda bircə dollar həmin məscidin hesabına pul yatırtsalar, axunda hələ bir «Mersedes» də almaq olar.

Hələ mən Moskvada yaşayan azərbaycanlı milyarderlərdən danışmıram. Onları təbii ki, məscid yox, ölkəmizdə ara qarışdırmaq daha çox maraqlandırır.