adalet.az header logo
  • Bakı 18°C

Faiq QİSMƏTOĞLU: SƏDAQƏT

FAİQ QİSMƏTOĞLU
42740 | 2019-01-27 13:26

...Deyirlər ki, orta məktəb, tələbəlik və əsgərlik dostları heç vaxt yaddançıxmır. Bu deyimdə və bu fikirdə çoxböyük həqiqətlər var. Amma bu fikrə bir düzəliş eləmək istəyirəm: orta məktəbində, tələbəliyin də və əsgərliyin də yaxşı, sədaqətli, saf insanları adamınyadında qalır. Yəqin ki, bu fikrə kiminsə iradı ola bilməz. İradı olanlar varsa,yazsınlar, bizi inandırsınlar və dediklərimizdən vaz keçək...

... Ondadünyanın ən yaxşı günləri idi. O da, mən də Bakının "Sovetski” deyilən məhəlləsindəkiayrı-ayrı həyətlərdə yaşayırdıq. O, qardaşı ilə qalırdı, mən də mamam oğlu Təbrizlə. Mən Azərbaycan DövlətUniversitetinin jurnalistika fakültəsində oxuyurdum, o isə həmin ali məktəbinfilologiya fakültəsində təhsil alırdı. Və hər ikimiz həm də paralel oxuyurduq...

... Bizibir-birimizə yaxınlaşdıran, doğmalaşdıran və sevdirən xasiyyətlər vardı; nə osiqaret çəkirdi, araq içirdi, nə də mən!Nə o boş-boş vaxt keçirər, ora-bura gedər, nə də mən! Sadəcə olaraq,qonşuluqdan çox vaxt bir yerdə universitetə yollanardıq. Xanoğlan Ağayevin məndənfərqli olaraq bir istedadı da vardı: gözəl, məlahətli səs sahibi idi. O vaxt həradamı universitetdəki bədii özfəaliyyət kollektivinə qəbul eləmirdilər. Onun səsinidinləyib, musiqi duyumunu bilib ali məktəbin ansamblına dəvət eləmişdilər. Ədəbi-bədiigecələrdə o, gözəl mahnılarıyla, ifalarıyla biz tələbələrin qəlbiniovsunlayırdı. Mən də hərdən bu tədbirlərdə tanınmış şairlərin şeirlərinideyirdim. Və beləcə, bir-birimizə bir qədər də yaxınlaşır, doğmalaşırdıq...


Allah-Təalaona gözəl səs verməklə yanaşı, gözəl də sima, görünüş vermişdi. İri gözləri vəqapqara sıx saçları vardı. Hər gün saçlarına qulluq eləyər və özünə diqqətyetirərdi. Çox qızlar onun dərdindən dəli idi. Amma maraqlı idi ki, o heç birqıza reaksiya verməz və hətta qrup yoldaşlarına doğması kimi baxardı. Onunhesabına qəşəng qızlarla biz tanış olurduq və bu qəşəng qızlar dayalvarıb-yaxarırdı ki, sən Allah, o Xanoğlanı bizimlə tanış eləyin. Düzdür,tanış olurdu, ancaq yenə onların heç birinin sevgisinə cavab vermirdi...

...Bir dəfəuniversitetdə AzTV canlı yayım verirdi. Həmin vaxt da dostumuz canlı yayıma dəvətolunmuşdu, ali məktəbin ansamblının müşayəti ilə gözəl bir mahnı ifa elədi. Səhveləmirəmsə, o mahnının sözləri belə idi: "Məhsulumuz bol olsun...”. O mahnını oqədər gözəl ifa etdi ki, canlı yayımda bir artıq hərəkətə, xaric boğaza yolvermədi. Hətta bu gözəl ifaya görə universitet rəhbərliyi Xanoğlana bir təşəkkürdə bildirdi...

... O,Masallı rayonunun Bədəlan kəndindən idi. O kəndin dəmirçi məhəlləsində anadanolmuşdu. Babası Hüseyn kişi çox varlı, imkanlı, ağayana adamlardan idi. Kiməqızıl lazım idisə, Hüseyn kişini axtarırdı. Hüseyn kişi də elə-belə adam deyildi.Çox fərasətli, müharibə dövrünü görmüş, hər cür çətinliyi dəf eləmiş insan idi.Hətta bir dəfə onu sovet hökumətinin vaxtında təyyarədə üstündəki qızıllarlayaxalamaq istəyiblər. Ancaq o ayaqyoluna girib qızılları da ordan ayaqyolundayerə buraxmışdı. Dünya malı üçün heç vaxt təəssüflənən kişilərdən deyildi.Əliaçıq idi, imkansız adamlara əl tuturdu. Xanoğlangil həmişə ona baba, atagözüylə baxmışdı. Öz ataları isə elə bilirdilər ki, onların qardaşlarıdı.

Elə olduki, mamam oğlu Təbriz Xalq Təsərrüfatı İnstitutunu bitirib hərbi xidmətə yollandı. Xanoğlanınböyük qardaşı Aağamoğlan da rayona işləməyə getdi. Bax, bundan sonra biz onunlauzun müddət, daha doğrusu, universiteti bitirənə qədər "Sovetski”də müxtəlifküçələrdə yerləşən evlərdə kirayənişin qaldıq. Bir yerdə qaldığımız və oxuduğumuz dövrlərdə onun nə qədər təmiz, əxlaqlıvə saf insan olduğunu bir daha yəqin etdim. Heç bir qadına, heç bir qızagetdiyi yerdə başını qaldırıb belə baxmazdı. Əksinə, qadın, qız olan yerdəqıpqırmızı qızarar, utanar və tər onu basardı. Biz onunla çox yaxşı günlər və həttadeyərdim ki, çətin anlar yaşamışıq. Bu anların hər birində onun necə böyük ürəksahibi olduğunu, vucdanlı adam olduğunu görmüşəm. O, murdar suya qoyulub içilməliadam idi. Onun təmizliyi o murdar suyu durulaşdırardı...

... Hərbihazırlıq dərsləri mənim ən zəif yerim idi. Çünki rus dilini yaxşı bilmirdim. Təkmən deyil, kənddən gələn uşaqların əksəriyyəti hərbi hazırlıqdan imtahan verəndəçətinlik çəkirdi. Mənim də çətinlik çəkdiyimi görən dostum Xanoğlan hərbikafedrada həmyerliləri olan polkovnik Zaur Rzayevin yanına getdi və mənitapşırdı. Zaur müəllim də heç bir təmənna ummadan imtahanlara kömək etdi. Hətta 3 ay "zborda” olanda da dövlət imtahanındanZaur müəllim məni təmənnasız keçirdi. Qarabağ müharibəsi başlananda Zaur RzayevKəlbəcərə göndərildi və korpus komandiri kimi ona general-mayor rütbəsiverildi. Bir dəfə də mən Kəlbəcərdə Zaur müəllimlə görüşdüm, o da məni tanıdı.Dedim, Zaur müəllim, heç bilmirəm sizin yaxşılığınızdan necə çıxım. O da güldüvə dedi ki, get, gördüklərini yaz, elə bil ki, mənim yaxşılığımdan çıxmısan. Məndə gəlib gördüklərimi yazdım, o da yazını oxuyub razı qaldı...

Bir günXanoğlan mənə dəvətnamə göndərdi ki, rayonda toyumdu. Dəvətnaməni də qardaşıƏfsər gətirdi. 3 gündən sonra qardaşım Elxan, əmimoğlu İnşallahla onların kəndinə- Bədəlana yollandıq. Toydan bir gün qabaq getmişdik. Axşam çağı idi. Soruşduqki, Xanoğlan müəllimgilə necə getmək olar? Bizə bir yol göstərdilər, biz də oyolla gedib iki mərtəbəli kərpic bir evə çatdıq. Qapının ağzında bir adamdansoruşduq ki, Xanoğlanın toyuna gəlmişik, evdə kim var? O da güldü və dediki, bura Baloğlan Əşrəfovun atasıXanoğlan müəllimgilin evidi. Sizin dediyiniz Xanoğlan dəmirçi məhəlləsindəyaşayır. Biz də qayıdıb həmin məhəlləyə getdik, evi tapdıq. Bütün qohum-əqrəbabizi böyük sevgiylə qarşıladı. Babası, nənəsi, atası, anası və qohumları bizimləçox mehribancasına görüşdülər. Axşam qaldıq orda, səhər toy başladı. Toyu daBaloğlan Əşrəfov aparırdı. Çox gözəl toy oldu. Xanoğlanın tələbə yoldaşları,Saleh, Ədalət, Mikayıl, dostları və sinif yoldaşları onu dövrəyə alıboynatdılar...

Onu mənimləbirləşdirən çox tellər vardı. Biz onunla eyni ildə, eyni gündə anadan olmuşduq.Hətta böyük qardaşlarımız Ağamoğlan və Qürbət də eyni ildə və eyni gündədünyaya gəlmişdilər. Onlar neçə bacı-qardaş idi, biz də bir o qədər idik.Onların da, bizim də maşınımızın nömrəsi 01-02 idi...

QardaşımElxanın toyunda balaca qardaşı Əfsərlə Bəhmənliyə gəlmişdilər. Toyu da Rəhman Məmmədliaparırdı. Amma oxuyanın ağzından horra tökülürdü. Xanoğlan çıxdı səhnəyə,mikrafonu götürdü, elə mahnılar ifa etdi ki, toydakılar məəttəl qaldılar. Dedilərki, tay bu oxuyandan sonra Bakıdan gələn müğənni əlinə mikrafon götürməsin.Bakıdan gələn müğənni də heç əlinə mikrafon götürmədi. Gecə saat 2-yə qədəroxudu və camaat da axırda öz razılığı ilə toydan getdi...

... O,çox istedadlı adam idi. Sadəcə olaraq, reklamı, pul verib televiziyalaraçıxmağı sevməzdi. Deyirdi ki, mən müəllimliyi hər şeydən üstün tuturam. Eləömrünün son anına qədər də müəllimliyi müğənnilikdən üstün tutdu. Çox yox,bir-iki dəfə televiziyada çıxış etsəydi, toy eləyənlər ondan əl çəkməzdilər.Heç reklam olmamış toy eləyənlər ondan əl çəkmirdilər. O da çox nadir haldayaxın dostlarının, tanışlarının toyunu aparardı. Amma toy aparardı ha! Düz13-14 saat canlı oxuyardı, xalq, bəstəkar mahnılarını ifa edərdi, yoruldum deməzdi...

Kənddə həmdə onu "Ələkbər” deyib çağırardılar. Bu Xanoğlanın ikinci adı idi. VəXanoğlanın ən böyük və görünən, görünməyən tərəfi onun təmizliyi, sədaqəti,saflığı, duruluğuydu. İnanın, mən onun yerinə Qurana əl basardım ki, o heç vaxthansısa qadının gözəlliyinə, şirinliyinə, puluna susayıb ailəsinə xəyanət etməyib.O, təpədən-dırnağa işıqlı və nurlu ziyalı idi. Xanoğlan Ağayev dünyasını tez dəyişdi.Amma bizim kimi tələbə dostlarının qəlbində özünə əbədi bir sonməyən sevgiqoyub getdi. Onun çox gözəl ailəsi, övladları var. Səhv eləmirəmsə, iki oğluartıq ali məktəbi bitirib işləyirlər.

... Onuniki qardaşı – Ağamoğlan və Əfsərlə bu gün də dostluq eləyirəm. Çünki bu ailənin,bu nəslin adamları çox sədaqətli, saf və etibarlı insanlardı. Bu günün özündə dəHüseyn kişinin nəvələri onun qoyduğu yolu – insanlıq və kişilik yolunu ləyaqətlədavam etdirirlər.

Əfsər eləbir bayram olmaz ki, mənə zəng vurmasın və bayramımızı təbrik eləməsin. Hər dəfəzəng eləyəndə ilk növbədə babası Hüseyn kişini, nənəsini, babasını, atasını və Xanoğlanı xatırlayırıq. O kişiləri ki, onlardostluğa, duz-çörəyə hörmətlə yanaşıblar və böyük dəyər veriblər. Atalar deyibki, su gələn arxa bir də gələr. Bu gün onların ailəsində, evində yenə bərəkətvar, ruzi var və insanlara böyük sevgi var. Sevgi və bərəəkt olan yerdə isə həmişəUlu Yaradanın nəzarəti duyulur. Qoy Allah-Təalanın heç vaxt nəzəri mənim tələbədostum Xanoğlan Ağayevin ailəsinin, övladlarının və qardaşlarının üstündən əskikolmasın! Qoy Ulu Yaradan həm də onun ruhunu şad eləsin!..


TƏQVİM / ARXİV