adalet.az header logo
  • Bakı 19°C
25 Yanvar 2019 12:24
12882
KRİMİNAL
A- A+

Gürcüstandan Azərbaycana qanunsuz keçirilən siqaretlər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana "Ford Transit” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Adalet.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3000 ədəd "Gold Mount” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.