adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
25 Yanvar 2019 00:09
79688
GÜNÜN LƏTİFƏSİ
A- A+

GÜNÜN LƏTİFƏSİ


"Azərbaycan" nəşriyyatının bufetində işləyən İlqar özünün "Zaparojest" maşını ilə gedir. Arxadan "Zaparojest"i Anarın "Mersedes" maşını vurur. İlqarla Anarın sözü çəpləşir və maşını bərbad günə düşmüş Anarı sakitləşdirmək üçün İlqar "Zaparojest"in sandıqçasından bir lampa çıxarıb Anara deyir:
- Əsəbləşmə qardaş, otur bir stəkan çay içə-içə söhbətimizi içək. Və bunu deyib əlini sehrli lampaya çəkir. Dərhal cin peyda olur:
- Eşidirəm sahibim!
- Bizə bir çay süfrəsi təşkil et.
Çay süfrəsi hazır olur. Maşının vəziyyətini unudan Anar:
- Qardaş, sənə şəhərdəki iki dənə üç otaqlı mənzilimi və iki dənə də qarajdakı "Mersedes"imi sənə bağışlayıram, söhbətimiz qurtarsın.
Tərəflər razılaşır. İlqar gedəndən sonra Anar əlini lampaya çəkir. Cin gəlir:
- Eşidirəm, sahibim!
Anar başlayır sifarişlər verməyə. Cin gülümsəyərək:
- Sahibim, mən ancaq çay işinə baxıram.