adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
25 Yanvar 2019 16:54
11830
İDMAN
A- A+

“Monako” Anrini əvəzlədi – rəsmi

"Monako”nun baş məşqçisi Tyerri Anri müvəqqəti olaraq əsas komandadan uzaqlaşdırılıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, rəhbərlik komandanın uğursuz çıxışlarına görə bu addımı atıb. Fransalı məşqçi ilə bağlı son qərarın yaxın günlərdə açıqlanacağı bildirilir. Komandaya müvəqqəti olaraq Frank Passi rəhbərlik edəcək.

"Monako" 21 turdan sonra turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb. Komanda Fransa Liqasında son 5 oyunun 2-də uduzub, 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, Anri bir neçə aparıcı futbolçunu əsas heyətdən uzaqlaşdırmışdı.