adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
25 Yanvar 2019 10:49
11786
KRİMİNAL
A- A+

Cəlilabadda narkotacir 3 kq heroinlə tutuldu

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az -a verilən məlumata görə Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz döviyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş şəhər sakini Etibar Verdiyev saxlanılıb.

Saxlanılarkən üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.