adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Yanvar 2019 16:40
16254
SİYASƏT
A- A+

Milli Məclisin yaz sessiysının ilk iclasının gündəliyi məlum oldu - SİYAHI

Milli Məclisin fevralın 1-də keçiriləcək yaz sessiyasının ilk iclasının gündəliyi müəyyənləşib.

Adalet.az-ın məlumatına görə, yaz sessiyasının ilk iclasının gündəliyinə 38 məsələ daxil edilib.


Bunlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında;

2. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında;

3. Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı haqqında;

4. "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik;

5. "Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik;

6. "Silahlı Qüvvələrin qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanuna dəyişiklik;

7. "Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik;

8. "Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə;

9. "Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklik;

10. "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna dəyişiklik;

11. "İnzibati icraat haqqında” qanuna dəyişiklik;

12. "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik;

13. "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna dəyişiklik;

14. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik;

15. "Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişiklik;

16. "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” qanuna dəyişiklik;

17. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” qanuna dəyişiklik;

18. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” qanuna dəyişiklik;

19. "Milli Məclisin komitələri haqqında” qanun layihəsi (ikinci oxunuşda)

20. "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadə qaydası haqqında” qanun layihəsi (ikinci oxunuşda)

21. "Azərbaycan Respublikasının Dövlət Himninin istifadə qaydası haqqında” qanun layihəsi (ikinci oxunuşda)

22. Seçki Məcəlləsinə dəyişiklik;

23. Əmək Məcəlləsinə dəyişiklik;

24. Cəzaların İcrası Məcəlləsinə dəyişiklik;

25. Ailə Məcəlləsinə dəyişiklik;

26. "Sosial sığorta haqqında” qanuna dəyişiklik;

27. "Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna dəyişiklik;

28. "Sosial müavinətlər haqqında” qanuna dəyişiklik;

29. "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik;

30. "İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklik;

31. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik;

32. "Məşğulluq haqqında” qanuna dəyişiklik;