adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Yanvar 2019 16:02
11636
KRİMİNAL
A- A+

Polis Maştağada yarımtikilidə heroin aşkarlayıb

Maştağada yarımtikilidə gizlədilən 510 qram heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik əldə etmə və üzərində daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun Maştağa qəsəbəsi ərazisindəki yarımtikilidə gizlətdiyi əlavə 510 qram heroin də polis əməkdaşları tərəfindən götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.