adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
24 Yanvar 2019 15:21
38110
MARAQLI
A- A+

Bakı sakinlərinin əksəriyyəti özünü xoşbəxt hesab edir

BMT-nin müstəqil ekspertləri tərəfindən hazırlanmış 2018-ci ilin Dünya Xoşbəxtlik Hesabatı yayımlanıb.

Hesabat ölkələrdə adambaşına düşən ümummilli məhsul, ortalama ömür, sosial yardım, müstəqillik, güvən və rifah kimi altı maddənin dəyərləndirilməsinə görə hazırlanıb.

156 ölkənin yer aldığı hesabatda Azərbaycan 87, Rusiya 59, Türkiyə 74, İran 106, Gürcüstan 128, Ermənistan isə 129-cu yerdə qərarlaşıb.

"ACT Azərbaycan"ın Bakı şəhərində apardığı sorğunun nəticələrinə görə paytaxt sakinlərinin əksəriyyəti özünü tamamilə xoşbəxt hiss edir (66%). Respondentlərin 4-də 1-i isə qismən də olsa, xoşbəxt olduğunu düşünür (26 %). Yerdə qalan 8% bədbəxt olduğunu zənn edir. Onların 4%-i qismən, digər qismi isə tamamilə bədbəxt olduğunu düşünür.

Sorğu 2018-ci ildə Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.