adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
24 Yanvar 2019 13:11
6664
GÜNDƏM
A- A+

Mehriban Əliyeva Bakıda doğulan üçəmlərlə bağlı göstəriş verdi

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.


Adalet.az xəbər verir ki, Trend-in məlumatına görə, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bir neçə gün öncə Bakıda yaşayan Vəliyevlər ailəsində üçəm dünyaya gəlib. Körpələrin üçü də qızdır. Valideynləri onlara Mehriban, Leyla və Arzu adlarını veriblər.

Yenicə dünyaya göz açan qızların anası Xanım Vəliyeva mətbuata açıqlamasında evlərinin olmadığını, müəyyən ehtiyaclarını ödəmək üçün isə heç bir sosial yardım almadıqlarını bildirmişdi.