Ramil Usubovdan növbəti kadr dəyişikliyi
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş verib.
Adalet.az xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən, Şəki Şəhər Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev vəzifəsindən azad edilib. O, Bakının Nəsimi Rayon Polis İdarəsinə rəis təyin olunub.
Nəsimi Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev isə Binəqədi Rayon Polis İdarəsinə rəis göndərilib.
Polkovnik Əbülfət Əhəd oğlu Rzayev Bakı Dövlət Universitetinin "Konstitusiya hüququ kafedrası”nın müəllimidir. Tədqiqat sahəsi isə Azərbaycan Respublikasında inzibati icraatın xüsusiyyətləri və İnzibati prosesdir.
Qeyd edək ki, hazırda Yevlax, Şəki, Mingəçevir və Şəmkir Rayon Polis Şöbələrinin rəis vəzifələri boşdur.
Digər Xəbərlər
25 Aprel 2024 18:15
Velosiped işıqforları quraşdırılır - BAKIDA İLK
25 Aprel 2024 18:06Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
25 Aprel 2024 18:05Xocalıda aşkar edilən insan qalıqlarının sayı 8-ə çatdı - YENİLƏNİB + VİDEO
25 Aprel 2024 17:46İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - YENİLƏNİB + FOTO
25 Aprel 2024 17:24