adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
24 Yanvar 2019 11:51
15900
SİYASƏT
A- A+

Milli Məclis Azay Quliyevin hazırladığı sənədləri dəyərləndirdi

"Peşə birlikləri haqqında” və "Sosial sifarişlər haqqında” qanun layihələrinin hazırlanması Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.

Hər iki qanun layihəsinin müəllifi isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevdir.

Bundan əlavə, Azərbaycan Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri də komitənin 2019-cu il yaz sessiyası üçün nəzərdə tutulan qanunvericilik işləri planına daxil edilib.

Qeyd edək ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü , Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev parlamentin payız sessiyasının son iclaslarının birində müəllifi olduğu "Peşə birlikləri haqqında" və "Sosial sifariş haqqında" yeni qanun layihələrinin parlamentin payız sessiyasının qanunvericilik işləri planına daxil olunmasını təklif etmişdi.

Milli Məclisin sədri Oqtay Əsədov isə Azay Quliyevin təkliflə baxılması üçün parlamentin Aparatına tapşırıq vermişdi.