adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Yanvar 2019 11:32
14460
SİYASƏT
A- A+

“Azərbaycan intibah dövrünü yaşayır” – Hadi Rəcəbli

"Prezident İlham Əliyevin Davos görüşləri bir daha onu göstərdi ki, Azərbaycanın dünyada özünəməxsus nüfuzu var”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib.

O bildirib ki, Azərbaycan islahatlar aparan və sosial məsələlərlə ciddi məşğul olan ölkələrdəndir: "Hər bir vətəndaş, vəzifəli adam Azərbaycanda əmin-amanlığı, sabitliyi qorumalıdır. Cəmiyyətdə həmişə problemlər, nöqsanlar ola bilər, biz ona nail olmalıyıq ki, Azərbaycanda bu məsələlər həll edilsin”.

Hadi Rəcəbli onuda bildirib ki, Azərbaycan intibah dövrünü yaşayır.

"Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var”.