adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Nəsimiyə toy tutanlar... - Eminquey

EMİNQUEY AKİF
52765 | 2019-01-24 19:18

"Bəyinoğurlanması” filmində Səməndər Rzayev evyvana çıxıb deyir ha, "Bu kino ki var,həm qəlizdir, həm də ki vacib”. Məlum hadisələr də bir toyun ətrafındafırlanır. İndi elə bir vəziyyətə çatmışıq ki, elə bil adamlar Səməndər Rzayevinsözünü "Bu toy ki, var, həm qəlizdir, həm də ki vacib” kimi başa düşüblər. Eləbir toy bazarı yaranıb ki, bu toy bazarına girişmək üçün adamlar nə desən edərlər.

Mən hər şeyəinanardım, bircə bundan başqa.

Bir neçəvaxt bundan qabaq bir hind musiqisi dəbə mindi. Ki, bəllidir, bizimkilər hind mədəniyyətinəözlərindən də çox bağlıdırlar. Mahnının ən pik nöqtəsi "dın,dın,dın,dın” hissəsidir.Bir aralar bu mahnını eşitməkdən qulaqlarımız mazol oldu. Hiss eləmişdim ki,bunun sonunda bir iş var. Kimsə bu mahnının taleyini bizimkiləşdirəcək.

Elə də oldu.

Afət Fərmanqızı adlı bir qadın mahnı oxuyub. Mahnı həmin məşhur hind mahnısıdır. Sözlərikimin olsa yaxşıdır? Meyxanaçının? Yox. Vüqar Əhmədin? Yox. Bəs, kimin? Möhkəmdurun, sarsılmayın! İmaməddin Nəsiminin!

Bu sözüyazanda tüklərim biz-biz oldu, dərim soyulmağa başladı.

Hərçirkabdan, bayağılıqdan, tənqiddən uzaq olan Nəsimi, o cür tale yaşayan, şeirlərindəo boyda zirvəyə çatan Nəsimi də bu pulgir toy adamlarının oyununa gəldi. Dərisisoyulan Nəsiminin "Sığmazam” qəzəli ilə toy yiyələrinin dərisini soymağahazırlaşan Afət Fərmanqızı toy psixologiyası kitabı yazsa, əla olar. Çünki biz "YanıqKərəmi”ni də bu cür məhv elədik. İndi bir Nəsimi nə olan şeydir ki?! O da bunugözəl bilir. Bilir ki, toyda bizim qulaqlarımız, beynimiz yox, ayaqlarımız,qarnımız işləyir.

Təsəvvüredin, oynaq ritmdə "Məndə sığar iki cahan, mən bu cahana sığmazam” oxuyur buqadın. Adamlar da tullanıb-düşür. Bir insan "Gövhəri laməkan mənəm, kövnü məkanasığmazam” sözlərini oxuya-oxuya gülə, eşidə-eşidə necə oynaya bilər axı?

Bu həddəçatmaq üçün nə çəkmək lazımdır?

Özü də hindritmində, hind!

Özü də "Nəsimi”ilində, Nəsimi!

Hər şeyinbir həddi var axı. "Can cana”, "Rəna”, "Qaynana” kimi bayağı toy mahnıları yazdırmaq,toy tutmaq bundan daha vicdanlı hərəkətdir, inanın. İndi biri də çıxıbFüzulinin hansısa qəzəlini oxusa, nə olacaq?

Sovetsenzurası mənə tövləni bənzədir. Elə bil malları illərlə tövlədə saxlayıb qəfilçölə buraxmısan və mallar özlərini itiriblər, hərəkətlərini bilmirlər. Heç bilməzdikki, dövr gələcək, Sovet senzurasından ötrü qulağımızın ucu göynəyəcək. Bubayağı adamlara görə senzura tələb edirəm! Bu Nəsimiyə təhqirdir. Belə hallar cəzasız qalsa daha çox davam edəcək.

Çox xahişedirəm, əlli cür yeməkdən yeyib, bu mahnıya qol qaldırıb oynayandan sonra, bəlliki, həmin vaxt düşünə bilmirsiniz, evdə əllərinizi qarnınızın üstündən götürübbaşınıza söykəyin, bir fikirləşin.

Fikirləşin,görün, bu mahnıya niyə oynadınız. Fikirləşin, görün, dünyaya çıxara biləcəyinizşairi niyə bu toyxana divarları arasına salıb işgəncə verirsiniz? Fikirləşin,görün, o şahmı qəddar idi, yoxsa siz? 

Bizim üçün "Nəsimibazarı” bəsdir.

Nəsimisığmadığı dünyaya, bu mahnını eşidib sonra mən də sığmazam...

Nəsimiyə toy tutan cəmiyyətin içindən Nəsimiylə toy tutan "müğənni"lərə səslənirəm. Xoşbəxt olmağa sərf etdiyiniz vaxtdan bir azca da vicdanlı olmağa xərcləyin!

TƏQVİM / ARXİV