adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
24 Yanvar 2019 19:02
13543
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SEÇ

Adsız dərdlər içindən
sən mənə adlı dərd seç...
Bütün dərdlərdən şirin -
Bal kimi, dadlı dərd seç...

Çeyim can köynəyi tək
Çəkim can göynəyi tək...
Ömrümün örnəyi tək -
Yaddaşlı , yadlı dərd seç...

Hər beş günümdən üçün
Əridim için - için...
Yavanlıq etmək üçün -
Bir darı cadlı dərd seç...

Ürək - nə verdin yeyib
Ruhum - nə biçdin geyib...
Mən tək qalmayım , - deyib -
Doğmalı , yadlı dərd seç!..