adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 Yanvar 2019 17:26
22431
ŞOU-BİZNES
A- A+

Ağalarovdan ABŞ-ın ittihamlarına cavab: “Fantastikadır...”

Müğənni Emin Ağalarov ABŞ-da ona qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib.

İş adamı ona qarşı ABŞ-ın irəli sürdüyü ittihamları "fantastika" adlandırıb: "Mən heç bir qanunu, sərhədi və prinsipləri pozmamışam. Müzakirə olunan və ittiham kimi irəli sürülən bütün məsələlər fantastikadır”.

Xatırladaq ki, daha əvvəl müğənninin vəkili Skott Balber bildirmişdi ki, ABŞ-ın "Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller Emin Ağalarovun dindirilməsi ilə bağlı sorğu göndərib.