adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Yanvar 2019 15:25
8985
GÜNDƏM
A- A+

Nəsimi ilində hansı tədbirlər keçiriləcək? - Baş nazir sərəncam imzaladı

Baş nazir Novruz Məmmədov "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi barədə” sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, sərəncama əsasən "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı” təsdiqlənib.

Tədbirlər Planında nəzərdə tutulan tədbirlər Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçiriləcək. Sərəncamın icrasına nəzarət Nazirlər Kabineti Aparatının humanitar və sosial məsələlər şöbəsinə tapşırılıb.