adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
27 Yanvar 2019 11:09
27882
SİYASƏT
A- A+

Allah şeytana lənət eləsin...

Roma Papası illər əvvəl bir proqramda demişdi ki, Şeytan şəxsdir, pis varlıqdır. Şeytanla dialoqa girmək olmaz. Şeytanla dialoqa girsəniz itərsiniz. O, bizdən daha ağıllıdır. Sizi alt-üst edər, başınızı döndərər və yoxa çıxarsınız.

Verilişin aparıcısı həyəcanla soruşmuşdu:

- Şeytanın bir adı var yəni?

Roma Papası da rahatlıqla cavab vermişdi:

- Əlbəttə, adı da, soyadı da var.

Düzü, cənab Papa bu ad və soyadı demədi, söhbət də unudulub getdi.

O gün Mehman Hüseynovun Əli Abdalovla barışıq videosu yayıldı. Hərə bir söz dedi buna. Kimiləri başını buladı, kimiləri sevindi, kimiləri də dedi ki, bu, mənə qabaqcadan əyan idi.

Orda belə bir ifadə işlədildi: "Allah şeytana lənət eləsin…”

Şeytanla balası meşədə özlərinə süfrə açıb yemək yeyirlərmiş. Bir az kənarda adamın biri tək-tənha gəzirmiş. Az gedir, düz gedir, axırda ayağı ilişir daşa və tir-tap yerə dəyir. Dizi qanayır və ufuldaya-ufuldaya deyir: "Allah şeytana lənət eləsin”

Şeytanın balası təəccüblə soruşur:

- Ata, biz ki burda oturub yemək yeyirik. Ona bir şey eləmədik. Niyə bizə lənət yağdırdı?

Şeytan gülümsünür:

- Bala, mənim özüm burdayam, əlim isə onun yaxasında…

Yəni şeytanın qolları uzundur. Allah həqiqətən də ona lənət eləsin.