adalet.az header logo
  • Bakı 18°C
23 Yanvar 2019 10:17
15394
SİYASƏT
A- A+

Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.

İclasda Milli Məclisin İntizam komissiyasının tərkibi də yenidən formalaşdırılacaq.

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Son dəyişikliklə üzvlərin sayı 7 nəfərdən 11-ə çatdırılıb.


Əldə etdiyimiz məlumata görə, Milli Məclisin İntizam komissiyasının əvvəlki tərkibindən heç kim dəyişdirilməyəcək. Daha 4 yeni üzvün adına isə Milli Məclis rəhbərliyi tərəfindən yaxın günlərdə aydınlıq gətiriləcək.


İntizam komissiyasının tərkibinə yenidən deputatAğacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadənindaxil ediləcəyi gözlənilir.

Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.

Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.