OBAMA "SOYQIRIM" DEDi, AMMA ERMƏNiCƏ

AQİL ABBAS
26512 | 2009-04-28 00:22
Təzə aşiq olmuş oğlanlar kimi hərəmiz əlimizə bir çobanyastığı (keçmiş böyük qardaşlarımızın dilində romaşka) almışdıq, bir-bir qoparırdıq, deyəcək, deməyəcək, deyəcək, deməyəcək, deyəcək...
   
   Və hamımız Türkiyə Böyük Millət Məclisində sayseçmə, saytal qardaşlarımızı qabağına qoyub danlayan şokolad kimi zənci oğlanın ağzına göz dikmişdik...
   
   Obama gül ağzını açdı, qonuşdu. ABŞ-ın strateji müttəfiqi, NATO-nun üzvü olan qüdrətli bir dövləti deyil, üç cüt iki tək erməninin tərəfini tutdu. Dedi ki, 1915-ci ildə türklər ermənilərə qarşı bir qətliam törədib və guya 1,5 milyon ermənini qətl edib...
   
   ... Bir arayış. Statistikaya görə, həmin zamanlarda Osmanlı imperiyasının ərazisində təxminən 1 milyon 900 min erməni yaşayırmış. Bəzi sənədlərdə isə bu rəqəm 1 milyon 600 mindir.
   
   Osmanlı imperiyası isə bugünki Türkiyə ilə məhdudlaşmırdı. Bura İraq, Suriya, Livan, Fələstin, indiki İsrail, Küveyt və sair və ilaxır daxil idi. Hələ mən Avropa hissəsini demirəm. Ermənilərin iddia etdikləri uydurma soyqırım isə özlərinin deməsinə görə Türkiyədə, yəni Anadoluda baş verib. Həmin vaxt Türkiyədə yaşayan ermənilərin sayı beş-altı yüz mini keçmir və onların çoxu da həmin vaxt indiki Ermənistana köçürülüblər. Belə çıxır ki, türklər ermənilərin rəsmi sayından üç dəfə çox erməni qırıblar. Halbuki həmin vaxt qırılan türklərin sayı erməninin həmin dövrdəki sayından bir qat çoxdur.
   
   Mən bu arayışı bilməyən oxucular üçün yazdım...
   
   ... Və daha sonra Obama "soyqırım" ifadəsini ermənicə söylədi, bunun bir tərcüməsi də "böyük fəlakət" anlamını verir.
   
   Nə isə, at gəldi, örkən apardı... it gəldi sümük...
   
   İndi bütün günü türk televizyonlarında qardaşlarımızın dürlü-dürlü siyasətçiləri Obamanın söylədiklərini araşdırırlar. Az qala bir institut yaradıblar: "Bu soyqırım deməkdimi, demək deyilmi?" Şokolad kimi zənci oğlan dediyini deyib, kəlməni də ermənicə işlədib. Daha bu dartışılası bir məsələ deyil. Nə qələt eləyib, eləyib!
   
   Bunu dartışmaq, gül kimi vaxtı boşa xərcləmək deməkdir. Türkiyədə Türkiyəni düşdüyü bu uçurumdan çıxaracaq qeyrətli oğullar minlərcədi, milyonlarcadı.
   
   Qardaşlar, vaxtınızı mənasız dartışmalara sərf eləyənəcən, oturun Türkiyənizi düşdüyü durumdan çıxarmaq yollarını arayın. Və onu da bilin ki, Azərbaycan sizin yanınızdadır.
   
   Və sonda.
   
   Ə, bəs deyirdilər bu Obama müsəlmandı?! Bu ki erməni çıxdı, özü də qaçdı...
   
   

TƏQVİM / ARXİV