adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Yanvar 2019 13:09
4958
HADİSƏ
A- A+

Şəkidə avtomobili divara vuran sürücü xəstəxanada ölüb

Şəki şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, yanvarın 21-də saat 7 radələrində Şəki şəhərinin ərazisində şəhər sakini Tərlan İsgəndərov idarə etdiyi "VAZ-21061” markalı avtomobili yolun kənarındakı divara vurub.

Nəticədə T.İsgəndərov və sərnişini xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.