adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Yanvar 2019 12:57
17193
SİYASƏT
A- A+

Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil

ağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.

Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir:

"Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik".

M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.