Faiq QİSMƏTOĞLU: SAĞLAMLARI “ƏLİL”, XƏSTƏLƏRİ ZƏLİL ELƏYƏNLƏR

FAİQ QİSMƏTOĞLU
45004 | 2019-01-22 18:32

Bu günkimdən soruşsan əvvəllər əlillik dərəcəsinin verilməsində üzləşdiyi süründürməçilikdən,haqsızlıqdan və özbaşınalıqdan istənilən qədər danışa bilər. Ən çox da oadamlar danışa bilər ki, onlar əlillik dərəcəsialmaq üçün bir vaxtlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yaradılımışHəkim Tibb Komissiyasına gedib gəlməkdən ayaqları qabar olub. İki əli, ikiayağı, iki gözü olmayan xəstəyə də bəzi hallarda ədalətli yanaşılmayıb və onlarillərlə süründürülüb. Bu haqsıqlıq, bu ədalətsizlik tək bir yerdə deyil,respublikamızın rayonlarında fəaliyyət göstərən və əlillik dərəcəsi verən HəkimTibb Komissiyalarının əksəriyyətində baş verib.

İnsanlarvar ki, sağlam ola-ola əyri yolla, lap xalq dilində demiş olsaq, okomissiyalara pul verib bir neçə həftənin içərisində yüksək dərəcəli əlillikhüququ qazanıblar və yaxşı da təqaüd alıblar.Xəstələrsə aylarla, illərlə bayaq dediyimiz kimi, o qapıların ağzındaqalıb, halal haqlarını qazana bilməyiblər. Mən ailə tanıyıram ki, onun 5-10 ilbundan qabaq bütün üzvləri sağlam ola-ola pul verib əlillik dərəcəsi alıblar.Amma xəstələr isə get-gələ salınıb və incidilib.

Buyaxınlarda səhiyyə naziri Oqtay Şirəliyevəlillik dərəcəsinin verilməsi ilə bağlı öz fikrini səsləndirib. Nazir deyib:"Bu il əlilliklə bağlı problemlərin, narazılıqların aradan qaldırılması üçünişlər görülüb, Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininbirgə komissiyası yaradılıb və araşdırmalar aparılıb. Doğrudur, səhiyyə işçilərindədə müəyyən problemlər var. Amma əvvəllər təxminən 50 faiz Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillikverilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyəmüraciət etmişik”.

Həminfikirləri adi insan deyil, səhiyyə naziri hörmətli Oqtay Şirəliyev səsləndirib.Bizim belə xalq deyimimiz var: "Elin sözü əvvəl-axır düz olur”. Camaat isədeyirdi ki, 90 faiz insana saxta yolla əlillik dərəcəsi verilib. Cənab nazir dəbildirir ki, 50 faiz xəstə insana əlillik dərəcəsi verilməyib. Göründüyü kimi,rayonlarda və Bakıda fəaliyyət göstərən Həkim Tibb Komissiyaları hər şeyi özarşınları ilə ölçüblər. Bu da elə-belə başa gəlməyib. Yəni sağlam adamlara əlillikdərəcəsi veriləndə camaatın dediyinə görə, 3000 manatdan 5000 manata qədərpullar alınıb. Bunu da hesablayanda yüz milyonlarla pul eləyir. Bu yüz milyonuda heç vaxt həkimlər və komissiya üzvləri "tək yeyə” bilməzlər. Yəni onlara"qorxma” deyənlər olub.

Əmək vəƏhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin apartdığı yoxlama nəticəsində 1055 nəfərə saxta əlillik dərəcəsiverilməsi faktı üzə çıxıb. Bu faktı da Səhiyyə Nazirliyinin və Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinin yeni yaradılmış birgə komissiyası aşkarlayıb. Həminşəxslərin əlillik dərəcəsi ləğv olunub və ödənilmiş 3 milyon vəsait o şəxslərdəntutularaq geri qaytarılıb. Bunlar dövlət vəsaitinin dağıdılması və korrupsiyafaktıdır. Çünki ayrı-ayrı Həkim Tibb Komissiyalarının bilərəkdən sağlam adamlaraəlillik dərəcəsi verilməsi cinayət tərkibi yaradır və həmin sənədlərə imza atmış şəxslər bu cinayətdənyaxa qurtarmamalıdılar.

Saxta əlillikdərəcəsinin verilməsi prosesi üç mərhələdədavam edib: birinci mərhələ xəstəxana şəraiti, ikinci mərhələpoliklinika, üçüncü mərhələ isə mərkəzi həkim tibb komissiyalarıdı! Bu mərhələninhər birində epiqris yazan həkimdən tutmuş, anketi dolduran və rəy verən poliklinikahəkimi, eləcə də tibb komissiyasının sədri bir-birilə birmənalı olaraq əlbirolublar. Bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalı, cinayətitörədən şəxslər məsuliyyətdən kənarda qalmamalıdılar.

Heç kiməsirr deyil ki, bu cinayətləri uzun müddət çox vəzifəli şəxslər görüb, göz yumubvə onu ört-basdır ediblər. Və bu gün yeni nazir, prezidentin güvəndiyi SahilBabayev cəsarətli bir addım ataraq bu cinayətlərin üstünü açır. Bu cinayətlərinüstünün açılması onu göstərir ki, nazirlik əlillik dərəcəsinin verilməsindəobyektivliyi və şəffaflığı təmin etmək istəyir. Bunların hamısını alqışlamaqolar. Amma gəlin onunla razılaşaq ki, Həkim Tibb Komissiyalarlında işləyənlərinçoxu əvvəllər bu cinayətə əl qoymuş və iştirak etmiş adamlardılar. Həttaonların eləsi var ki, rayonda komissiya sədri işləyib, bu gün də baş həkim vəzifəsinidaşıyır. Saxta əlillik dərəcəsi ver, sonra o pullarla gəl çıx baş həkimkreslosuna. Camaat da deyir ki, həmin komissiya sədri rayonda sağlamların əksəriyyətinə əlillik dərəcəsiverdirib. İndi də baş həkim işləyir. Biz bundan hansı haqq-ədaləti gözləyəcəyik?!

Əvvəllərdəfələrlə biz də bir jurnalist olaraq əlillik dərəcəsinin hansı çətinlikləverilməsinin şahidi olmuşuq. Sadə şizofriniyadan 5 il müalicə olunan,ancaq sağalmayan xəstəyə əlillik dərəcəsivermirdilər. Deyirdilər ki, gedib bir az da müalicə olunsun. Axırıncı dəfə də həminadamın sənədləri mərkəzi tibb komissiyasından geri qaytarılmışdı. Valideynləriniikinci dəfə komissiyaya ərizə yazıb müraciət edəndən sonra hansısa vicdanlı həkiminrəyi əsasında həmin xəstəyə ikinci dərəcəli əlillik verildi. Amma poliklinikadada ondan yüz bəhanə ilə pul qoparmışdılar. Elə bir "qanun” var idi ki, xəstəolsan da mütləq hərləyib-fırlayıb səndən bir şey qoparmalıydılar.

Bir dəfədə Suraxanı rayonu Həkim Tibb Komissiyasında bir həkim vardı, səhv eləmirəmsəadı Katib idi. Xəstələr onun əlindən boğaza yığılmışdı. Əsl əlillik dərəcəsidüşəni süründürməçiliyə salır, pul almasa, o dərəcəni verməzdi. Varikoz xəstəliyindənəməliyyat olunmuş iki ayağı 6-cı dərəcəli ağır xəstə olan bir xanımı illərləget-gələ saldı. Ondan da 1000 manat qoparandan sonra o dərəcəni verdi. Bax, əvvəllərdemək olar ki, həm xəstələrdən, həm də sağlam insanlardan pul alaraq əlillik dərəcəsiverilib.

İkibarmağı olmayan yaxın tanışlarımdan biri deyir ki, 10 il bundan qabaq həkimkomissiyasının yanına getmişdim, əlillik dərəcəsi almaq istəyirdim.Komissiyanın sədri gülə-gülə mənə dedi ki, biz xəstələrə yox, sağlamlara əlillikdərəcəsi veririk. Razı olmarıq ki, sənin kimi xəstə müalicəsiz qalsın. Biz sənimüalicə edəcəyik, axırı da yaxşı olacaq. Mən də dedim ki, ay həkim, barmaqlarımbitəcək? Dedi yox, bitməyəcək! Əgər bitməyəcəksə, onda əlillik dərəcəsi verin.Bax, onda həkim susdu...

Xəstənigörmədən əlillik dərəcəsi təyin etmək o qədər asan deyil. Bilmirəm, indi necədir,amma epiqrizlə xəstəyə əlillik dərəcəsi vermək bir o qədər də adalətli deyil.Çünki ən yaxşısı o xəstəni komissiyada görmək və bundan sonra ona əlillik dərəcəsitəyin etməkdi. Hər halda, yeni nazir bu məsələlərə çox böyük önəm verir və əlilliyintəyin edilməsində haqq-ədalətin, şəffaflığın qorunmasını diqqət mərkəzindəsaxlayır.

İnsanlaröz haqlarını, ədalətlərini tələb edirlər. Onlar arzulayırlar ki, əvvəllərolduğu kimi, Həkim Tibb Komissiyalarının qarşısında həftələrlə, aylarla vaxtitirməsinlər və öz halal haqlarını ala bilsinlər. Çünki onların bu günyaradılmış şəffaflığa və obyektivliyəçox böyük inamları var. Bax, o inamları qırmaq və məhv etmək olmaz. Və cəmiyyətimizdəunutmaq olmaz ki, kifayət qədər namuslu, vicdanlı məmurlar da var.


TƏQVİM / ARXİV