adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
22 Yanvar 2019 12:25
15240
İQTİSADİYYAT
A- A+

Gürcüstan Azərbaycandan 110 milyon dollarlıq neft və neft məhsulları idxal edib

Ötən il Gürcüstan Azərbaycandan109 mln. 971,4 min dollardəyərində neft və neft məhsulları idxal edib.

Adalet.az "Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi neft və neft məhsullarının ümumi həcmi181 024,9ton təşkil edib ki, bu da illik müqayisədə49 821,4ton və ya21,5%azdır.

Qeyd edək ki, 2017-ci ildə Gürcüstan Azərbaycandan ümumi dəyəri112 mln. 524,5 min dollarolan230 846,3tonneft və neft məhsulları idxal edib.