adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Yanvar 2019 18:45
12636
KRİMİNAL
A- A+

Usta təmir etdiyi evin seyfini yardı, 5700 dollar oğurladı

Yasamalda mənzilin seyfindən 5700 dollar oğurlanıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 18-də rayon ərazisindəki evlərin birindəki seyfdən 5700 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin evdə usta işləmiş Bakı şəhər sakini Elnur Nağıyev saxlanılıb.