adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Yanvar 2019 11:29
10841
ƏDƏBİYYAT
A- A+

Afaq Məsudun kitabı Misirdə nəşr olunub

Tanınmış Azərbaycan yazıçısı Afaq Məsudun "Şənbə gecəsi və digər hekayələr” adlı kitabı Misirdə nəşr olunub.

Azərbaycan Dövlət Tərcümə Mərkəzindən verilən məlumata görə, Misirin nüfuzlu Milli Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitaba yazıçının müxtəlif illərdə qələmə aldığı "Sərçələr”, "Qəza”, "Can üstə”, "Dovşanın ölümü” kimi hekayələri daxil edilib.

Əsərləri ərəb dilində azərbaycanşünas alim Əhməd Sami əl-Aydi çevirib.

Ərəb oxucularına ilk dəfə təqdim olunan kitab barədə Misirin məşhur "Əl-Ahram”, "Elwatannews” qəzetləri, "Almasryalyoum.com”, "gate.ahram.org.eg” ədəbiyyat portallarında eləcə də Mərakeşin məşhur "AssiaPress” portalında geniş yazılar verilib.