adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
21 Yanvar 2019 18:08
6022
HADİSƏ
A- A+

Babək prospektində hərəkət bərpa olundu - YENİLƏNİB

Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə hərəkət bərpa olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

X X X


Babək prospektində yaranan problem iş gününün sonuna, yəni saat 6-a qədər aradan qaldırılacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sözügedən yolda heç bir çökmə baş verməyib:

"Babək prospekti, təqribən 80-ci illərdə salınıb. O vaxta qədər bura neft tullantıları ərazisi olub. Prospektin o vaxtlar həmin tullantılar üzərindən salınması da bu gün yolun müəyyən hissələrində asfalt-beton örtüyünün deformasiyaya uğramasına səbəb olub. Hazırda ərazidə əməkdaşlarımız tərəfindən bərpa işləri görülür. Yaranmış problem təqribən saat 6-ya qədər yekunlaşacaq”.