adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Yanvar 2019 17:34
4356
HADİSƏ
A- A+

Astarada yanğınlar törədən şəxs ruhi-əsəb dispanserinə yerləşdirilib

Yanvarın 19-na keçən gecə Astara rayonunun Motlayataq kənd sakini T.Abdulova məxsus yardımçı təsərrüfat yanıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla təsərrüfatın qəsdən yandırıldığı müəyyən edilmiş və yanğını törətməkdə şübhəli bilinən kənd sakini, ruhi xəstə Vahid Həzrətzadə saxlanılaraq Lənkəran rayon ruhi-əsəb psixonevroloji dispanserinə yerləşdirilib.

Polis əməkdaşları tərəfindən onun yanvarın 17-də həmkəndlisi S.Muradova məxsus yardımçı təsərrüfatı yandırması da müəyyən edilmişdir.