adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Yanvar 2019 15:01
13373
KRİMİNAL
A- A+

“Milli ön” ödəmə terminallarından 123 min manata yaxın pul oğurlanıb

"Milli ön” ödəmə terminallarından oğurluğun üstü açılıb.

DİN-dən Adalet.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 31-dən cari il yanvarın 17-dək olan müddətdə paytaxtın Xəzər, Səbail, Nizami, Yasamal, Suraxanı, Xətai, Abşeron rayonları, respublikanın Quba və Sumqayt şəhərləri ərazisində quraşdırılmış "Milli ön” ödəmə terminallarından 122 742 manat və 1200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, həmin şirkətdə inkassator işləyən Bakı şəhər sakini İlqar Əlixanov saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 42 145 manat və 9400 ABŞ dolları aşkar edilərək götürülüb.