adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

OĞUZ AYVAZ: AMERİKALININ İTİ OLMAQ DA XOŞBƏXTLİKDİ EY

OĞUZ AYVAZ
26567 | 2019-01-23 09:44

Amerikalı olmaq cəhənnəm,hələ amerikalının iti olmaqayrı xoşbəxtlikdi. Qəzetələrdə bir xəbərqarşıma çıxdı, çox üzüldüm, iki gündüözümə gələ bilmirəm. İren An adlı bir amerikalının 12 yaşlı bir iti ölüb. İt nə it? Yemə, içmə, xətti xalına, gül camalına tamaşa elə. Hələ gör onu hansı şampunlarlaçimizdirirmişlər, hansı ətirlərlə ətirləyirmişlər, yemək-içməyi də… adamınlap ağzı sulanır. Adı da Bu. İngilis dilindəbilmirəm, amma Azərbaycan dilindəadı bir az pis səslənir. Belə iti olanın sahibigör nə gözəllikdəymiş ey.

Seyidnecə deyib: «İt demə, o dəxi bizim birimiz, belə ölülərə fəda dirimiz».

Deyirəm,nə yaxşı Trampın iti ölməyib ey. Yoxsa heyfinimüsəlman ölkələrinin birindən çıxardı.

Mənimdə bir itim var, o da çox gözəldi, şirindi, şəkərdi,adam kimi it dili bilir. Özü də çox həssasdı. Nəinki yad adam görəndə, hətta Amerikanın peyki həyətimizin üstündən uçanda az qala zənciri qıra. İrenAnın iti kimi şampunla çimizdirəbilməsəm də, yağışda özü elə qəşəngçimir ki, hətta damcılarlaoynayır da. Hürüşü də musiqilidi, səsi bizim telekanallardan düşməyənbəzi müğənnilərin səsindən məlahətlidi.

Düzdü,yemək-içməkdə özüm kimi korluq çəkir, amma mən özüm müdirəgiley-güzar etmədiyim kimi, o da mənə giley-güzar etmir. Bir qarnı ac, birqarnı tox ikimiz də birtəhər yola veririk.

İrenAnın iti barədə ona danışdım. Dedim, ay nemes,o itin Facebookda 16 milyon izləyicisi varmış, itin ölümü az qala dünyanı şoka salıb. Sosial şəbəkələr başsağlığından partlayır. ABŞ-ın telekanalları yas yerindən reportajlar verir, qəzetlər şəklinimanşetə çıxarıblar. Sən ondan əskik deyilsən ha, mən də sənin şəkliniçəkib qoyacam Feysə, qoy dünya sənidə tanısın. Görsünlər özüm kimi necə ağıllıitim var, həm də özüm kimi yaraşıqlı.

İndimüdirdən xahiş elədim, sağ olsun, sözümüyerə salmadı, pul istəyəndə sifətini turşutsa da, it söhbətini danışandagüldü getdi. İcazə verdi ki, itiminşəklini həm saytda, həm də qəzetdə o amerikalının acığına dərc edim. Özü də mənim itiminadı Bu deyil ey, Arçi Balddı. Ada bax ey: Arçi Bald. Bir ArçiBald deyəndə yeddisi adamın ağzından tökülür.

Hələbu günlərdə videosunu da çəkib paylaşacam.

BabaPünhan nə təhər yazmışdı:

İtOğuzun günündə, Oğuz da it günündə.

ŞairOruc Qoşqarlı şair dostlarını başına yığıbyemək-içmək verirmiş. Babat vururlar, Oruc Qoşqarlı başlayır tulasını tərifləməyə, ay filan şampunlaçimizdirirəm, ona necə yal bişirtdirirəm, gündə neçə katlet yeyir vəsair və ilaxır.

Gəncşairlərdən biri deyir:

-Ay Allah, məni Oruc Qoşqarlının iti elə.

Amerikalınıniti olmaq da xoşbəxtlik imiş. Amma yazıq mənim itim.


TƏQVİM / ARXİV