Faiq QİSMƏTOĞLU: REKLAM

FAİQ QİSMƏTOĞLU
39944 | 2019-01-22 10:22

...Dünyanın hər yerində reklamlar olur və bu gün də var. Çünki bir çox şirkətlərinvə insanların çörək pulu elə bu reklamlardan çıxır. Ona görə də reklama heç kəsbir şey deyə bilməz və bu reklamlar da qanunla tənzimlənir. Təbii ki, buna dayenə heç bir kəs qulp qoya bilməz. Əgər hər hansı məhsulu və eləcə də hər hansısənət adamını – məsələn, müğənnini, həkimi, tay nə bilim kimi reklam edirlərsə,buna da normal baxmaq olar.

Ancaqbizim məmləkətdə "Müsyö Jordan Dərvişi Məstəli Şah”dakı dərvişin dili ilə demişolsaq, onun barıtını çox eləyirlər. Və barıt da çox olanda yenə görürsən ki, aləmdəydi bir-birinə. Heç vaxt brend məhsulun, istedadlı müğənninin, peşəkar həkiminvə digər sahədə nüfuz qazanmış şəxsin reklama o qədər də ehtiyacı yoxdur.

Məsələn,mənim bir kordiloq-həkim dostum var. Adını və soyadını deyib reklam etmək istəmirəm. Heç onun reklama da ehtiyacı yoxdu ha. Hə vaxt o xəstəxanayagetsən, başqa kordioloqların qəbulunda uzaqbaşı bir-iki xəstə görərsən. Ancaqonun kabinetinin ağzında ən azından 20-30 pasiyent durur və həkim dostum da 20-30 xəstəni çox diqqətlə qəbul edir, müayinədənkeçirir və müalicə yazır. Gözü-könlü tox olan dostumuzun heç xəstələrdən də biro qədər umacağı olmur. Başqa həkimlər kimi 10-15 dərman yazıb resepti xəstəyəvermir. Ən yaxşı halda bir-iki dərman yazar və xəstə də çox asanlıqla gedib oucuz dərmanı tapar.

Bu dəqiqəAzərbaycan televiziyalarında ən çox reklam və təbliğ olunan müğənnilər və həkimlərdi.Özü də bu müğənni və həkimlərin çoxu heç də digərlərindən fərqlənmir. Çünki nəonların elə istedadı var, nə peşəkarlığı, nə də təcrübəsi. Müğənni var ki, eynigündə 4 özəl kanalda çıxış edir, gündəmdə qalır. Və bu reklam olunmaq da elə-beləözbaşına mümkün deyil. Onun üçün reklam olunan müğənni özəl kanala hər dəfəçıxışı üçün filan qədır pul ödəyir. Filan qədər pul ödəyir ki, "toy tutsun” vətoydan qazandığı pulla özünə bir gün qazansın. Reklam olunan müğənnilərin çoxu"bozbaş” müğənnilər, yaxud da "palatka” müğənnilərdir. Gündəmdə qalmaq olar,amma hər gün efirdə reklam olunmaq o demək deyil ki, bu müğənni sevilən müğənnidir.

Məsələn,mən iki müğənni tanıyıram ki, onlar illərdir ki, efirdə görünmürlər. Hər ikisiistedadlı və canlı oxuyan ifaçılardı. Onun biri Xumar Qədimova, digəri isəAlmaz Saraylıdır. Almaz Saraylını heç tanımıram da, həyatda da görməmişəm.Ancaq o müğənniyə mənim çox böyük "simpatiyam” var. İstedadlıdır, canlı oxuyur,efirdə geyiminə-keçiminə və səhnə mədəniyyətinə önəm verir. Babalı deyənlərinboynuna, onu tanıyanlar bildirir ki, Almaz Saraylının reklama ehtiyacı yoxdur. Çünkihəddindən çox toyları olur və gəlib televiziyalara da pul xərcləmək istəmir. Eləbizim müğənnilərin də ən böyük dərdi toy dərdidir.Ətək-ətək pul xərcləyirlərki, toy tutsunlar. Tutanlar da var, tutmanyanlar da. Allah işlərini avand eləsin!

Özəlkanalların birində aparıcılıq eləyən bir müğənni var. Ona da hörmətimiz kifayət qədərdi. Amma bir dəfəolsun belə canlı ifasını görməmişik. Bəlkə də hardasa oxuyub, biz bilmirik.

Bir dəfəmüsiqiçilərdən biri deyir ki, hər gün reklam olunan müğənnini dedilər ki, toyagətir, yaxşı da pul verirdilər. Mən də o müğənnini götürüb apardım rayona toya.Rayon toyları da bilirsiniz də necə keçir. Səhər saat 10-dan başlayır, axşamsaat 3-ə qədər davam eləyir. Apardığım müğənni birinci mahnını canlı ifa edibsonra fonoqrammaya keçdi. 2-3 saatdan sonra toy yiyəsi bunu bildi və az qaldı məniöldürsün. Dedi ay dəyyus, sənə bir ətək pul vermişik ki, gəlib burda müğənniqarışıq bizi dolayasınız? Durun, şələ-şülənizi yığışdırın, çıxın bu toyxanadan.Sənin gətirdiyin müğənni də başına dəysin, sən də. Biz də şələ-şüləmizi götürübgetdik. Deyilən pulun heç dörddə birini vermədilər. Tay ondan sonra bir də həminmüğənni ilə rayona toya getmədim.

Həkimlərdə həddindən çox televiziya kanallarında reklam edilir. Və əhalinin də böyükbir hissəsi o reklama inanıb onların yanına gedirlər. Əvvəllər 3-4 xəstəsi olanhəkimin reklamdan sonra yüzlərlə xəstəsi olur. Zarafat deyil, televiziyada o həkimi tez-tez reklam edirlər. Düzdür,bunların arasında layiqliləri də var. Heç kəs onlara şəbədə qoşa bilməz. Ammaelələri də var ki, reklam olunur, tanınır, sonra camaat onun yanına qaçır. Bəzəndə şəfa tapmaq istəyənlər gedib o həkimin yanında cəfa tapırlar. Xalq dilindədemiş olsaq, "kabab iyinə gedənlər görürlər ki, eşşək dağlayırlar”.

Tanışlarımdanbiri o reklam olunan həkimin yanında əməliyyat olunub. Əməliyyatdan öncə bütünqan analizləri verilib və onda heç bir hepatit çıxmayıb. Ancaq əməliyyatdansonra həmin xəstəyə həkimin səhlənkarlığıüzündən hepatit keçib. İndə həmin xəstənin adamları da əməliyyatdan əvvəlki vəsonrakı qan analizlərini saxlayır. Yazıq pasiyent də reklama həvəsiyib "məşhur”həkimin yanına getdi və axırda da hepatitə yoluxdu. İndi həmin pasiyent xəstəxanadahepatitdən müalicə olunur. Yazımızın əvvəlində qeyd etdik ki, keyfiyyətli ərzaqvə sənaye məhsulunun, eləcə də peşəkar sənət adamlarının reklama ehtiyacıyoxdur. Təəssüf ki, bizim millət yasavadsızlıqdan, ya da öz hüquqlarını bilməməkdən bu cür reklamlara daha çoxmaraq göstərir. Nəticədə isə reklama aldanan insanların bu və ya digər dərəcədəbaşları ağrıyır. Yenidən həlli çətin olan problemlə üzləşirlər və uzun müddət dəbu problemi dəf etməyə çalışırlar. İradəli, mübariz, savadlı insanlar bu çətinliklərəsinə gərməyi bacarırlar. Ancaq zəif və maddi durumu mürəkkəb olan adamlar isəsüni yaradılmış problemin qurbanına çevrilirlər.

Hərhalda, bu gün cəmiyyətin maariflənməsinə, savadlanmasına və ağı qaradan seçməsinəçox böyük ehtiyac var. Əhali arasında da bu ideyaları televiziyalar və KİV-ləraparmalıdır. Amma gəlin onunla razılaşaq ki, özəl televiziya kanalları millimaraqları, milli dəyərləri, milli mənafeləri öz maraqları naminə çox vaxtqurban verməli olurlar. Yaxşı, onları başa düşmək olar. Bəs onda çoxsaylıinsanların kortəbii surətdə bu cür reklamlara uymasına nə ad vermək mümkündür.Sadəcə olaraq, bu məsələlərdə əhali daha diqqətli olmalı, hansısa reklamauymamalı və həmin insanaları tanıdıqdan sonra əlaqə yaratmalıdırlar.


TƏQVİM / ARXİV