adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Yanvar 2019 11:10
11557
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: OLURAM

Məni yuxularda ara
Gerçəkdə əzab oluram...
"Sevgi !" - dilimdəki yara -
Deməsəm əsəb oluram...

İçimdə bir iç boğulur
Dərdlərim də bic doğulur...
Deyəsən Yasin oxunur -
Deyəsən qəssab oluram...

Ağır düşüb daşım yerə
Artıq dəyir başım yerə...
Nə çox gəldi yaşım yerə -
Yerə də, əzab oluram?!

Düyün düşüb səmtim , yönüm
Məcnunam . tay kimə dönüm ?!
Üfür , bir az da tez sönüm -
Qaldıqca, qəzəb oluram...