adalet.az header logo
  • Bakı 20°C
20 Yanvar 2019 15:29
26922
ŞOU-BİZNES
A- A+

Məşhur aktyorun nəvəsinin qatilinə hökm oxundu

Məşhur Hollivud aktyoru Morqan Frimanın nəvəsinin qatilinə 20 il həbs cəzası verilib.

Adalet.az xəbər verir ki, bu barədə "Nyu York Deyli” informasiya yayıb.

Qeyd edək ki, cinayət 2015-ci ilin 16 avqustunda baş verib. Həmin vaxt Frimanın nəvəsi 33 yaşlı İdina Hayns öz evinin yaxınlığında ölü tapılıb. Onu sevgilisi Lamar Devenport 25 bıçaq zərbəsi endirərək qətlə yetirib.

Devenport barəsində əvvəlcə "qəsdən adamöldürmə" maddəsi ilə cinayət işi açılsa da, sonradan onun narkotik maddənin təsiri altında olduğu sübuta yetirilib və maddə dəyişdirilib.