adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

AQİL ABBAS: ƏVVƏL 1 KREML VARDI, İNDİ 40 DƏNƏ

AQİL ABBAS
54866 | 2019-01-21 10:15

O bir Kremli bir təhəryola verə bilirdik, amma indi qırxKremllə savaşmağa gücümüz çatmır. Avropanınmüxtəlif şəhərlərinə səpələnmiş kremllər iyləyib-qoxulayıb mütləq nəsə bir şey tapırlar, sonra da it-qurdkimi tumanlarını da çırmayıb başlarına tökülürlərüstümüzə.

Avropa Parlamentiyenə qılıncını sıyırıb. Bu dəfə əllərinə verdiyi tutalqa Mehman Hüseynovdu. Mehmanı Çarlz Xeyderədöndəriblər. Siz uşaqsınız, bilməzsiniz. Vaxtilə 70-ci illərdə ABŞ-da birÇarlz Xeyder peyda olmuşdu, nəyəsə etirazəlaməti olaraq Ağ Evin qabağındakı göy çəmənlikdəoturub aclıq aksiyası keçirirdi. Sovet hökumətielə gün olmazdı ki, ondan televiziyalarda reportaj göstərməsin, müsahibə almasn,qəzetlər ondan yazmasın. Təbii ki, sosialist dövlətləri dəbizimlə həmrəy idi. Deyəsən, 70 günçəkdi aclığı. O qədər onun haqqındayazdılar, danışdılar ki, sonralar anekdota çevrildi: cibindən bublikçıxıb, özü də Sovet bubliki. Gecələr xımır-xımır «Mişka» şokoladıyeyir, arıqlamaq əvəzinə kökəlib. ABŞ-ın o zamankıprezidenti də səhər-axşam işə gəlib-gedəndə ona «vazduşnı» bir salam göndərirdi.

İndi də Mehman Hüseynov. Avropa Parlamentində müzakirəolunur. Bir müzakirə olunub, indi ikincisi də olacaq. Elə şər-şəbədə qalmayıb ki, atmayalar üstümüzə. Azərbaycanın artan nüfuzuna kölgə salmaq,zərbə vurmaq üçün Avropa Parlamentinin deputatları bütün ölkələrinproletarları kimi birləşiblər.

Baxıram,politoloqlar, yazarlar, deputatlar müxtəlifformalarda öz etirazlarını bildirirlər:«Niyə Dilqəm Əsgərovun taleyini müzakirəetmirlər?», «Niyə bir milyon qaçqının taleyionları düşündürmür?», «Niyə sarı jiletlilərəqarşı törətdikləri vəhşiliklər, cinayətlərəgörə Fransanın prezidenti Makrona gözün üstə qaşın vardemirlər?» və sair və ilaxır.

Niyələr çoxdur. Amma məsələ ondadır ki, Avropadakı o qırx Kreml bizim kimi gənc respublikaları təzyiq altda saxlamaq üçündü, inkişafının qarşısınıalmaq üçündü. Liviya, Tunis, İraq , Suriya və sair və ilaxır kimi ölkələrə girdirmə demokratiya sırıyıb məhv eləmək, sonra da var-dövlətlərini sovurub aparmaq üçündü. Belə girdirmə demokratiyadan bizədə sırımaq istəyirlər, özü də neçə illərdi.Amma sırıya bilmirlər, gücləri çatmır. Möhtərəmprezidentimiz İlham Əliyevin apardığımüdrik, uğurlu xarici və daxili siyasətin nəticəsində hər dəfə əlləri boşa çıxır.Yenə həmin dalğa, həmin koordinant. Bizim insan hüquqları müdafiəçilərimiz də getdilər görüşdülər, xarici ölkələrin nümayəndələri də gedib Mehmanla bir qismətçörək kəsdilər, şəkillərini paylaşdılar, bu gənc özü də ictimaiyyətəmüraciət elədi. Yox ey, niyə başındapapaq yoxdu? Hazırda istintaq gedir,istintaqın nəticəsi məlum deyil. Amma Avropa Parlamenti tumanınıyenə çırmayıb başına. Yox ey, MehmanHüseynova azadlıq! Allah qapısınıaçsın. Kim nə deyir ki?! Ziyalılarımız da,hətta millət vəkillərimiz də onun tezliklə azadlığaqovuşmasını istəyir. Gəncdir, səhv edə bilər , bütün gənclər kimi. Və MehmanHüseynov təhqir və böhtana görə CinayətMəcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunmuşdu . İndi də həbsxanadakı məlum bir hadisəyə görə cinayət işi qaldırılıb, bildiyim qədər heç ona qarşı ittihamda irəli sürülməyib. Bəlkə bəraət alacaq, bir gözləyin də. Yox, gözləməzlər. Sonra bəhanə əldən çıxacaqaxı?

Nə isə, bu Avropa Parlamentidi! Birkənddə kolxozun hesabat yığıncağıdı, həmdə sədr seçəcəklər. Həsənqulu kişi durur ayağa, başlayır sədri möhkəm tərifləməyə.Yer-yerdən deyirlər ki, a kişi, çıxardırlar ey, baxıb görür vəziyyətyaxşı deyil, deyir:

- Bu bizim sədrin yaxşı tərəfləri, indi də keçək onunpis tərəflərinə.

İndi bu Avropa Parlamentinin pis tərəfləri.İndi də keçək bizim pis tərəflərimizə. Bu oyunu kimləroynayıb, kimlər Avropa Parlamentinə tutalqa verib? Bir onların yaxasındanyapışmaq gərəkdir ki, sizə MehmanHüseynov şousu lazım idimi?

Bu gənc od olubharanı yandırasıydı ki? Amma siz onu od elədinizvə Avropa Parlamenti də bizdən aldığıbenzini bu odun üstünə töküb onu daha da alovlandırır.


TƏQVİM / ARXİV