Faiq QİSMƏTOĞLU: HƏR YERDƏ BİR EV

FAİQ QİSMƏTOĞLU
40839 | 2019-01-19 10:00

...Dünya görmüş bir kişi oğlunu yanına çağırıb deyir ki, görürəm böyümüsən, lapsaçın da ağarıb. Gərək bu vaxta qədər sənin çox yerdə dostun, evin olaydı. Hələdə gec deyil, get özünə hər yerdə bir ev tik! Oğlan da atasını axıra qədər dinləyirvə sonra da dediklərini eləməyə başlayır. Çünki onun atası çox imkanlı, pulluadam olur. Oğlan hər kənddə, hər qəsəbədə, hər yerdə özünə çox yaraşıqlı, genişvə işıqlı evlər tikdirir. Evlərə baxan adam məəttəl qalır ki, hər kişi belətopdağıtmaz ev tikdirə bilməz...

...Oğlan günlərin birində atasının yanına qayıdır və deyir ki, ata, sənin dediklərinəəməl elədim. Kişi oğluna qayıdıb bildirir ki, onda gəl gedək məmləkəti gəzib gələk,görüm nə iş görmüsən. Ata-oğul çıxırlar məmləkətə, o kəndə gedirlər, bu qəsəbəyəgedirlər, kişi baxır ki, oğlu hər yanda yaraşıqlı bir ev tikdirib. Evləri görənkişinin qanı qaralır, qaş-qabağı yer süpürür. Oğlu bunu görəndə təəccüblənir.Deyir ki, ata, qanın niyə qaraldı? Demişdin ev tik, mən də sənin nəsihətinəqulaq asıb hər yanda bir ev tikdim. Bunun nəyi pisdi?! Ata dillənir:

- Mən sənənbelə ev tikməyi deməmişdim. Bu evlər nə vaxtsa baxımsızlıq üzündən uçulubdağılacaq. Mən sənə demişdim ki, etibarlı dostun olsun ki, o evdən daha qiymətlidir.

Oğlanbarmağını dişləyir və səhv etdiyini anlayır. Yaxşı dostu olan, etibarlı yoldaşıolan insan üçün elə hər tərəfdə bir ev tikmək kimi bir şeydi. Xalq şairi HüseynArif çox duzlu və yumorlu insan idi. Bir gün rayona gedir, camaat onu hörmət-izzətləqarşılayır. Deyirlər ki, Hüseyn qağa, nə vaxta qədər onun-bunun evindəqalacaqsan? Gəl sənə köməkləşib bir ev tikək gələndə ailə-uşağınla orda gecələ.Bir neçə gündən sonra hərə bir köməklik eləyir: biri daş gətirir, biri qum gətirir,biri taxta gətirir, biri sement gətirir, biri şifer gətirir. Ustalar datoplaşır, bir neçə ayın içində böyük şairə ev tikirlər. Şair də o evi görüb çoxsevinir və deyir ki, camaat mənə ev tikib. Hər dəfə gələndə o evdə qalır. Eləolur ki, bir neçə il evinə gedə bilmir. Müəyyən müddətdən sonra gəlib görür ki,evin pəncərəsi, qapısı, döşəməsi yerində yoxdu. Heç Hüseyn qağa buna təəccüblənmir.Deyir ki, buna da min şükür! Onlarınhamısını camaat gətirmişdi, sonra da götürüb aparıblar. Elə hamısından yaxşıqazandığım dostların evində qalmaqdı. O evləri heç vaxt dağıtmaq və sökməkolmaz...

Mənim Təbrizdənçox etibarlı bir dostum var: Məhəmmədrza. O qədər halal və təmiz adamdı ki, heçvaxt elədiyi yaxşılığın əvəzini gözləyən deyil. Deyir ki, mən yaxşılığı kiməsəgörə eləmirəm, axirətim üçün görürəm. Bakıdan, Bərdədən, Füzulidən o qədər adamonun yanına gedib. O da bacardığı yaxşılığı təmənnasız eləyib. Özü də deyir ki,əgər bir yaxşılığı eləyirsənsə, o Həccəgetmək kimi bir şeydi. Mən o işi çoxdan eləmişəm. Məhəmmədrzanın mənim dəboynumda çox böyük haqqı var. Bilmirəm, onu qaytara biləcəm, ya yox?!

Sözümüncanı odur ki, bu yaxınlarda Məhəmmədrza Bakıya gəlmişdi. Onu da deyim ki, həyatyoldaşı Bərdədəndi. Nə başınızı ağrıdım, Məhəmmədrzanı qonaq eləmək üçünyaxşılıq elədiyi adamlar növbəyə durmuşdu. Çox çətinliklə bu növbə bizə də çatdı.Mənim də evimdə cəmi-çümmlətanı mamam oğlu Tehranla 2-3 saat oldu. Sonra da yüzdəfə məndən üzr istəyib icazə alaraq başqa bir yerə qonaq gedəcəyini bildirdi.Dedi ki, müəllim, mənim Bakıda 50 yerdə evim var. Hələ rayonları demirəm ha! Odostları sədaqətim və etibarım hesabına qazanmışam. Çox xahiş elədim ki, axşambizdə qalsın. Ancaq and-aman eləyib bildirdi ki, sizdən sonra dörd dosta dəyəcəmvə axşam da 28 Mayda dostumun mənə verdiyi evdə qalacam. İstəmirəm kiməsə yükolum. O evdə gecələyib, sabah da 3-4 dostuma dəyəcəm çörək yeyəcəyik, ondansonra Bərdəyə gedəcəm,

Məhəmmədrzagülə-gülə dedi ki, bəhmənlilər məndən küsəcək. Çünki özümü də, ailəmi də qonaqdəvət eləyiblər, ancaq çətin ki, vaxt tapım. Bax, maman oğlu Tehran deyir ki, Bəhmənlidəneçə qohumunuz məni gözləyir. Qapıda qoyun, quzu, hiduşka saxlayıblar ki, mən gedəndə kəssinlər.Vallah, onlara əziyyət vermək istəmirəm...

Təbrizlidostumuz bir neçə gün Bərdədə qalıb. Telefonla da əlaqə yaratdım, dedi müəllim,Bakıya gələ bilməyəcəm, Əminə salam söylə, elə burdan Təbrizə gedəcəm. Mamamoğlu Tehran dünən axşam mənə zəng çaldı,dedi ki, Məhəmmədrazanın telefonu bağlıdı, yəqin vətəninə qayıdıb. Amma qohum-əqrəbaonu səbrsizliklə gözləyirdi. Gördüm inciyirlər, dedim ki, darıxmayın,dost-tanışı çoxdu, indi vaxtı yoxdu, gələn dəfə yolu düşəndə gələcək, tay küsübeləməyin. Qohum-əqrəba da mənim səmimiyyətimə inanıb bir söz demədi. İndi onlarMəhəmmədrzanın Bəhmənliyə gələcəyi günü gözləyirlər...

Bax, əslevi hər yanda Məhəmmədrza tikib. Qazandığı dostlar onun üçün hər şeydən, həttaevdən qiymətlidi. Çünki qazandığı dostların hamısının evinin qapısı onun üzünə həmişəaçıqdı...

Mənimbir dostum da var. Bakıda yeddi yerdə evi tikib, amma gözü doymur. Arvad dahirslənib onu evdən qovub. Gedib kənddəqəşəng bir dənə də ev tikdirib. İndi o evdə kef eləyir. Hələ deyir arvadın acığına birini də tikdirəcəm.Hərənin bir hobbisi var. Onun da hobbisi ev tikməkdi. Dostumuz deyir ki, kimipul yığıb var-dövlət qazanır, mən də qazandığım pulu sementə, daşa verirəm. Taybilmirəm bunu düz eləyirəm, ya yox! Bu dostumuz da zəhmətkeş adamdı. Başqalarıkimi qazandığını "quşa-muşa” xərcləmir. İndi də bir az torpaq sahəsi götürüb,orda üzüm plantasiyası salıb, kartof əkib və beş-on da qoyun-quzusu var. Deyirki, gedib çayxanada boş vaxt keçirənə qədər düşmüşəm bu qoyun-quzunun dalına.Tay köhnə sənətdən pul qazanmaq mümkün deyil. Allah bərəkət versin torpağa, birdə qoyun-quzuya...

... Həryanda bir dostun, bir etibarlı sirdaşın olması çox böyük xoşbəxtlikdi. Gərəkdost da dost ola da. Tay sənin var-dövlətinə, puluna görə dostluq eləməyə.Dostun da olanda Məhəmməqrza kimi dostun ola: namuslu, şərəfli, dünya malındagözü olmayan və elədiyi yaxşılığın əvəzini ummayan! Onsuz da bu cür saf, təmiz,kamil insanlara Allah öz mükafatını verir. Allahın verdiyi mükafatdan qiymətliheç bir var-dövlət yoxdur...


TƏQVİM / ARXİV