adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Yanvar 2019 15:30
27287
TEXNOLOGİYA
A- A+

Azercell ilə rominqdə onlayn ol

"Azercell Telekom" MMC xaricə səyahət edən abunəçiləri üçün internet xidmətini sərfəli qiymətə təqdim etməklə yanaşı, həmçinin xidmətdən istifadəni daha da asanlaşdırıb. Müştərilərin xaricdə gözlənilməz xərclərlə üzləşmələrinin qarşısını almaq məqsədilə, Azercell hələ 2018-ci ilin iyul ayında rominqdə istifadə üçün nəzərdə tutulmuş mobil internet paketi təqdim edib.

Adalet.az xəbər verir ki, hazırda, Türkiyə, Gürcüstan, ABŞ, Qətər, Belarus, Finlandiya, Özbəkistan və Yeni Zelandiya kimi populyar istiqamətlərdə Azercell abunəçiləri prioritet operatoru seçmək zərurəti olmadan istənilən operatorun şəbəkəsində internet xidmətindən istifadə edə bilərlər. Qeyd edək ki, şirkət tərəfindən bu siyahının genişləndirilməsi istiqamətində müntəzam olaraq aktiv işlər görülür.

Azercell abunəçilərinə rouminqdə internet xidmətlərindən faydalanmaq üçün 2 paket təqdim edir: 19.90 AZN ödəməklə 1GB həcmində internet paketi və yaxud 9.90 AZN ödəməklə 400MB həcmində internet paketi. Paketlərdən 50 ölkədə 70-dən çox operatorun şəbəkəsində istifadə etmək mümkündür və siyahı daim yenilənir.

Azercell-in Rominqdə İnternet Paketləri əsas üç prinsipə əsaslanır:

- Sərfəli (sabit və sərfəli qiymətlər. Rominqdə interneti söndürməyə daha ehtiyac qalmır)

- Xərclərə nəzarət (gözlənilməz xərclər olmayacaq. Ödəniləcək məbləği konkret tarif paketi ilə əvvəlcədən bilirsiniz)

- Sadəlik (sadə və anlaşılan qiymətlər).

Azərbaycanın telekommunikasiya bazarında lider olan "Azercell Telekom" MMC yüksək keyfiyyətli mobil internetə çıxışı daha sərfəli etməklə, gələcəkdə də öz abunəçilərini sevindirməyə davam edəcək! Əlavə məlumat üçün https://www.azercell.com/en/personal/roaming/internetroaming/ səhifəsinə daxil olun.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdi