adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Yanvar 2019 14:39
4350
HADİSƏ
A- A+

QASIRĞA VİZASIZ OLDUĞUNA GÖRƏ GERİ QAYTARILIB

Dedilər ki, Gürcüstanı basıb-bürüyən qar, tufan, çovğun, qasırğa üzü bəri gəlir, ona görə də məktəblərə və uşaq bağçalarına iki günlük tətil verildi. Körpələr iki gün evdə kef partladacaqlar, məktəblilər də çox oxuyub yorulduqlarından iki gün (əslində dörd gün) evdə isti ocaq başında enerji yığacaqlar.

İndi külək birtəhər vıyıldayıb sərhədi keçə bilib, amma qasırğa, çovğun və qar vizaları olmadığına görə elə Qırmızı Körpüdən qaytarılıb geri. Deyiblər ki, siz Avropaya vizasız gedə bilərsiz, amma bizə vizasız gələ bilməzsiz. Gedin viza alın.