adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Yanvar 2019 14:22
7393
GÜNDƏM
A- A+

Məmməd Səfa: “YUĞ-da baş verənlərin səbəbini bilmirəm”

Bildiyiniz kimi, YUĞ Dövlət Teatrının rejissoru Sahib Agazadə işdən çıxarılıb. Rejissorun işdən çıxarılması söz-söhbətə səbəb olub. Çoxları bu qərarın düzgün olmadığını deyib və təzədən rejissorun vəzifəsinə qayıtması üçün əlindən gələni edəcəyini açıqlayıb.

Yuğ Teatrının aktyoru, Xalq artisti Məmməd Səfa Adalet.az-a açıqlamasında YUĞ-da baş verənlərin səbəbini belə izah edib:

"Sahib Ağazadəni işdən azad eləyiblər. Qalmaqal bunun üstündə olub. Lakin dəqiq səbəbləri bilmirəm. Qaldı ki, Sahib Ağazadəyə. O, çox qabiliyyətli, mərifətli, istedadlı oğlandır. İşdən azad olunmasını istəməzdim”.